Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress
Digər xəbərlər

Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress"i keçirilib

Azərbaycanın işgüzar qadınları mayın 17-i "JW Mariott Abşeron Bakı" otelində bir araya gəliblər

Azərbaycanda 5-ci dəfə keçirilən "SHE Congress"i 500-dən çox işgüzar qadını öz ətrafında toplayıb. Ölkənin lider mobil operatoru "Azercell Telekom" MMC-nin əsas tərəfdaşlığı ilə baş tutan bu tədbir bir-birindən maraqlı çıxışlar, panel müzakirələri, dinamik sessiyalar seminarlarla yadda qalıb.

"ÖZ HƏYATINA SAHİB OL" ("OWN YOUR LIFE") şüarı altında keçirilən konfransda qadınların liderlik peşəkar bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqram təqdim edilib, iştirakçılara ünsiyyət qurmaq təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaradılıb.

Tədbirin əsas tərəfdaşı Azercell şirkəti Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova Hüquq, Etika Komplayens departamentinin direktoru Şirin Əliyevanın timsalında təmsil olunub.

Tədbir çərçivəsində uğur hekayəsini bölüşən Şirin Əliyeva iştirakçıları öz nümunəsi ilə ruhlandırmağa müvəffəq olub. 19 illik karyerası boyu Şirin xanım qadınların inkişafı üçün dövlətin yaratdığı münbit şəraiti dəstəyi daim hiss etdiyini bildirib. O öz çıxışında bu gün Azərbaycanda  qadınların ölkənin siyasi, iqtisadi, sosial mədəni həyatında fəal iştirakı üçün bir çox imkanlar təqdim edildiyini  vurğulayıb.

Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın da çıxışı tədbir iştirakçılarının diqqətini xüsusi cəlb edib. Öncə Azercell-in sosial məsuliyyətli korporativ vətəndaş olaraq bu istiqamətdə həyata keçirdiyi çoxsaylı proqramlar haqqında məlumat verən Sona xanım, daha sonra səhnəyə Azercell-in təşəbbüsü dəstəyi ilə yaradılan "Qadın Qaynar Xətti"nin  rəhbəri Gülşən Axundovanı dəvət edib. Panel müzakirəsi formatında davam edən sessiyada qaynar xəttin fəaliyyəti, xidmətə daxil olan zənglərin təsnifatı, qadınların cəmiyyətdə qarşılaşdığı çağırış  çətinliklər  haqqında ətraflı məlumat təqdim edilib. Məruzəçilər dəstəyə ehtiyacı olan bütün qadınlara səslənərək onları 116111 qısa nömrəsi vasitəsilə fasiləsiz rejimdə xidmət göstərən mərkəz ilə əlaqə saxlamağa çağırıblar.

Qeyd edək ki, fəaliyyəti boyu Korporativ Sosial Məsuliyyət layihələrinə 22 milyon ABŞ dollarından artıq vəsait ayıran Azercell, qadın hüquqlarının müdafiəsi, qadınların hərtərəfli inkişafı istiqamətlərini daim diqqət mərkəzində saxlayır, onları gücləndirən, eləcə təhsilini, müxtəlif sahələr üzrə bilik   bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir.

Ülvi QARAYEV,

Respublika”.