Bakı Şəhər İcra Hakimiyyətinin vətəndaşlara müraciəti
Sosial həyat

Bakı Şəhər İcra Hakimiyyətinin vətəndaşlara müraciəti

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilir ki, dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar - təmizlik gününün keçirilməsi qərara alınıb.

Gün ərzində şəhərin prospekt və küçələri, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-səhman yaradılmasında iştirak etməyə dəvət edir.

Kamil İSMAYIL,

"Respublika".