Bölgələrin inkişafı dövlətin iqtisadi yüksəlişinin göstəricisidir
İQTİSADİYYAT

Bölgələrin inkişafı dövlətin iqtisadi yüksəlişinin göstəricisidir

İqtisadi inkişaf dövrünü yaşayan ölkəmiz getdikcə bütün dünya üçün maraqlı əlverişli tərəfdaşa çevrilir. Bəli, dünyanı Azərbaycana cəlb edən təkcə təbii sərvətləri, iqtisadi gücü deyil. Eyni zamandaölkəmiz sabit etibarlı tərəfdaşdır.

İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Azərbaycanın üzərinə daha bir mühüm öhdəlik düşdü. Azad edilmiş ərazilərimizin yenidən tikilib qurulması. Bu gün Qarabağ bölgəsi müasir şəkildə dövlətimiz tərəfindən yenidən qurulur. Qalib dövlət kimi qarşımızda çox böyük imkanlar açılıb. Bütün bunları nəzərə alan ölkə başçısı növbəti illərdə hərtərəfli tərəqqi üçün yeni inkişaf strategiyası müəyyənləşdirib. Bu mənada, regionların sosial-iqtisadi inkişafı prioritet məsələdir. Hazırda "Azərbaycan Respublikası regionlarının 2019-2023- illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində böyük layihələr həyata keçirilir.

Geniş tikinti-quruculuq işləri Qarabağla yanaşı, digər bölgələrimizdə uğurla aparılır, regionların sosial-iqtisadi inkişafı sahəsində mühüm addımlar atılır, yeni yerləri yaradılır. Müəssisələr, fabrik-zavodlar inşa edilir. Bu həm bölgə əhalisinin işlə təmin olunması deməkdir. Yeni yerlərinin açılması isə yoxsulluğun aradan qaldırılması məşğulluğun daha da artırılmasına müsbət təsir göstərir. Tikilib istifadəyə verilən hər bir yeri onlarla, yüzlərlə insanın işsizlik problemini həll etməklə yanaşıhəm insanların rifah halının yaxşılaşmasına xidmət edir. Dövlətin  sosial sahədə atdığı  mühüm addımlar nəticəsində bu gün paytaxtla bölgələr arasında fərq aradan götürülür. Hazırda hər bir rayonumuz, kəndimiz özünün yüksək inkişaf dövrünü yaşayır. Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlətin regionlarla bağlı siyasətinin əsasını təşkil edir.

Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, regionlarda aparılan işlərlə yaxından tanış olur, bu səfərlər bölgələrin sosial-iqtisadi inkişafına təkan verir. Səfərlər zamanı Prezident görülən işlərlə tanış olmaqla yanaşı, həm zəhmətkeşlərlə ünsiyyətdə olur. Onların problem ehtiyaclarının həlli istiqamətində öz tapşırıqlarını verir. Hazırda regionlarda böyük infrastruktur layihələri həyata keçirilir. Müasir tələblərə cavab verən yollar çəkilir, sosial obyektlər inşa edilir, istehsal müəssisələri tikilərək istifadəyə verilir. Bölgələrdə bu kimi obyektlərin işə salınması qeyri-neft sektorunun da inkişafına zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva aprel ayının 18-  Neftçala rayonuna səfər etmişlərDövlət başçısı birinci xanım rayonda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Neftçala Olimpiya İdman  Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun açılışında iştirak etmişlər. Həmçinin, Neftçalanın Yenikənd kəndində yaradılan "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olmuşlar. Onu da qeyd edək ki, S.Q.Kərimov adına Kürtəcrübi nərə balıqartırma zavodu 1954- ildə istismara verilib. Özəlləşdirildikdən sonra müəssisədəki 34 nohur tam yenidən qurulub. Qapalı su çevrəsi əsasında fəaliyyət göstərən texnologiya alınıb, hovuzlar təmir olunub. Bu müəssisə Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatıdır. "Azerbaijan Fish Farm" MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı ilə bağlı layihənin icrası zamanı sosialyönümlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, Yenikənd kəndi Bankə qəsəbəsində yollar abadlaşdırılıb, su təchizatı sistemi qurulub, işıq qaz təminatı bərpa edilib. Prezident birinci xanım Neftçala rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa edilən 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəb binasının açılışında da iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva aprel ayının 18- Salyana səfərləri zamanı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Daha sonra  Salyan rayonunda yeni istifadəyə verilmiş "ASAN Xidmət" mərkəzinin açılışında olmuşlar. Mərkəzin inşası üçün ayrılan  2 hektar ərazidə inzibati bina ilə yanaşı, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb. Salyan "ASAN Xidmət" mərkəzi ölkədə sayca 25-ci mərkəzdir. Mərkəz əsasən Salyan, Neftçala, Biləsuvar Şirvan rayonlarında qeydiyyatda olan 426 min 600 vətəndaşa xidmət edəcək. Həmçinin, mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Açılış zamanı dövlət başçısına innovativ yeniliklər - "Metaverse" platforması, "METASAN xidmət", "Evə dönüş" layihəsi, "e-ASAN" avadanlığı, "Charge Box" elektrik qidalanma stansiyaları barədə məlumat verilib. Dövlət başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində Uşaq Poliklinikasında yaradılan şəraitlə tanış olmuş, "Azərişıq" ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında da iştirak etmişlər.

 Salyana səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səfərlə bağlı demişdir: "Bildiyiniz kimi, 2004- ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4- proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər - ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir  sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamandaölkəmizi gücləndirir".

Ramidə YAQUBQIZI

"Respublika".