Bu ilin yeddi ayında 48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Sosial həyat

Bu ilin yeddi ayında 48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 48 min 243 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

 Onlardan 17 min 640 şəxs münasib işlərlə təmin edilib, 6 min 157 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

 Həmçinin həmin müddət ərzində 2062 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

 Yeddi ay ərzində 22 min 384 şəxs isə peşəyönümü tədbirlərə cəlb olunub.

AZƏRTAC