Ceyhun Bayramov: Azərbaycan ilə Macarıstan arasında əlaqələr intensiv şəkildə inkişaf edir
MÜSAHİBƏLƏR

Ceyhun Bayramov: Azərbaycan ilə Macarıstan arasında əlaqələr intensiv şəkildə inkişaf edir

Azərbaycan ilə Macarıstan arasında əlaqələr intensiv şəkildə inkişaf edir.

Macarıstanın 24 şirkətinin nümayəndələrinin bu ölkənin xarici işlər və ticarət naziri ilə birgə Bakıya gəlməsini, Qarabağda gedən bərpa və quruculuq işlərində iştirak etmək niyyətlərini dost addımı kimi qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında ifadə edib.

Nazir bildirib ki, çoxsaylı beynəlxalq platformalarda ölkələrimiz arasında əlaqələr mövcuddur. Bu görüşü Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri haqqında sənədin davamı kimi qiymətləndirmək olar.

Azərbaycanın enerji sahəsində Avropanın ən etibarlı tərəfdaş olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, digər vacib məqam Macarıstanın Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında təmsil olunmasıdır. Nazir Macarıstanın bu layihədən bəhrələnəcəyini qeyd edib.

C.Bayramov ölkələrimiz arasında reyslərin bərpa edilməsi və uçuşların sayının artırılması barədə da danışıb.

Nazir ölkələrimiz arasında indiyədək 46 müqavilənin imzalandığını, 13 müqavilənin hazırlanma mərhələsində olduğunu deyib.

AZƏRTAC