Dostluq və qardaşlıq münasibətləri
Siyasət

Dostluq və qardaşlıq münasibətləri

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa önəm verir

"Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk". Bu fikirləri Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmon deyib. Görüşdə Prezident İlham Əliyev vurğulayıb: "Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik".

Prezident  İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan-Tacikistan münasibətləri geniş gündəliyə malik olmaqla yüksələn xətt üzrə uğurla inkişaf etməkdədir. Azərbaycan bölgədə regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir. Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri bu mənada xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Bu sənədlər Azərbaycan-Tacikistan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu nüfuzundan xəbər verir. Belə ki, Azərbaycanın region bir çox dünya ölkələri ilə strateji əməkdaşlıq arqumentləri   dövlətimizin beynəlxalq arenada nüfuzunun dayanıqlı inkişaf strategiyasının artdığını təsdiqləyir. Tarixə nəzər salsaq görərik ki, 1993- ildən etibarən Azərbaycan Avropa, Asiya digər region ölkələri ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş, müxtəlif sahələrdə əlaqələr qurmağa başlamış bu münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Azərbaycan müstəqil siyasət yürüdür öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir.

Ölkə Prezidenti bəyanatında qeyd edib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990- illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm Azərbaycan böyük çətinliklərlə üzləşmiş, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ölkə başçısı bildirdi ki, ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Emoməli Rəhmon, həm ulu öndər Heydər Əliyev, - hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün mümkündürsə etdilər buna nail oldular. Bu gün Tacikistan Azərbaycan iki sabit dövlətdir. Bugünkü uğurlu inkişafımızın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar öz həyatları üçün riskə gedərək dinc uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.

Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Bu gün dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi ümumi səylər göstərməyi tələb edir. Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər uzağa getsək, Çindən Avropaya gedən ən qısa təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.

Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin ardıcıl səfərləri həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Tacikistanla da münasibətlər  gələcək inkişaf  baxımından böyük əhəmiyyətə malikdir. Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin inkişafına böyük önəm verir.

Uzun müddət hər iki ölkə Sovetlər İttifaqı tərkibində olublar onların həm beynəlxalq müstəvidə, həm digər regional təşkilatlar səviyyəsində bir-birlərinə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Burada Azərbaycan investisiyalar yatıra böyük gəlirlər götürə bilər. Həmçinin, Tacikistan MDB məkanında, KTMT- Azərbaycana dəstək olur. Son 30 il ərzində iki ölkə arasında əlaqələr möhkəmlənib nəticədə bəzi mühüm məsələlərin həlli beynəlxalq arenada aktiv qarşılıqlı əlaqələr üçün əlverişli şərait yaradılıb. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar digər sahələrdə münasibətlər birləşdirir. Azərbaycan tacik xalqları arasında tarixi, mədəni dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15- "Azərbaycan Respublikası Tacikistan Respublikası arasında dostluq əməkdaşlıq haqqında Müqavilə" imzalanıb. Tacikistan Azərbaycan arasında iqtisadi, siyasi münasibətlərlə yanaşı, mədəni əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Tacik ədəbiyyatının klassiklərindən sayılan Rudəki, Sədi digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri tacik xalqı tərəfindən daim hörmətlə qarşılanmış, sevilərək oxunmuşdur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevir ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Tacikistanın dövlət başçısı deyib: "Hörmətli İlham Heydər oğlunun səfəri həm bu əlaqələrin, həm xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli bərabəri olmayan Nizami Gəncəvi qoyub. Buna görə bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə dərinləşdirilməsinə yönəlib".

Mustafa KAMAL,

"Respublika".