Əzəli və əbədi, füsunkar Laçın
Siyasət

Əzəli və əbədi, füsunkar Laçın

Onun yeni görkəmi müstəqilliyimizin güclü olmasının isbatıdır

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı Şərqi Zəngəzuru cənnətə çevirəcəyik". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28- Laçın rayon sakinləri ilə görüşdə söyləyib.

Dövlətimizin başçısı bildirib ki, cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib ki, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Laçın şəhərinin Baş planı hazırlanıb təqdim edilib. İkinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

Hazırda Qarabağın Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi prioritetdir. Ölkə başçısının səfərlərinin əksəriyyəti məhz bu bölgələrə olur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işləri davam etdirilir. Böyük Qayıdış proqramına əsasən, yurd yerlərinə geri dönüş sürətləndirilir. Qısa müddət ərzində ərazilərin bəzilərində artıq yaşayış üçün şərait yaradılıb. Artıq laçınlılar da öz doğma yurdlarına qayıdırlar.

Sözünə, vədinə hər zaman əməl edən Prezidentimiz 2023- il mayın 28- Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ilə birlikdə Laçında qeyd etdi. "Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə çox insan yaşayacaqdır". Mayın 28- Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev evlərin açarlarını onlara təqdim edib.

Xalq ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasət yürüdür. Bu siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8- qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə, noyabr ayının 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabr ayının 20- Ağdam, noyabrın 25- Kəlbəcər, dekabr ayının 1- isə Laçın rayonu bir güllə belə atılmadan, şəhid vermədən işğaldan azad olundu. Ordumuzun işğalçı Ermənistana qarşı apardığı 44 günlük müharibə milli şüurun, xalq ordu birliyinin təcəssümünə çevrildi.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla yanaşı, dilbər guşələrindən hesab edilir. 28 il işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə 60 min hektar meşə ermənilər tərəfindən məhv edilərək talanmışdır. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yolla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird digər bir neçə kənd döyüş meydanında azad edildi. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi Ermənistanın kapitulyasiyasına gətirib çıxardı. Bu, bizim böyük tarixi Zəfərimizdir. Ötən il avqustun 26-da Prezident İlham Əliyev Laçın şəhərinin, Zabux Sus kəndlərinin Azərbaycanın nəzarətində olduğunu bəyan etdi. Laçının mərkəzində bayrağımızı ucaltdı. İşğaldan azad olunan digər ərazilər kimi, ən böyük rayonlarımızdan olan Laçın rayonu da ölkənin gələcək inkişafında, xüsusilə iqtisadi sferada mühüm rol oynayacaq.

Zəngin flora faunası, 21 min hektardan çox sahəsi olan Laçın yasaqlığı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Rayonun həm böyük turizm potensialı, aqrar, eləcə sənaye sektorunda müqayisəli üstünlükləri var. İşğaldan əvvəl rayonda kənd təsərrüfatı, xüsusilə heyvandarlıq sahəsi inkişaf edib. Burada civə, xromit, mərmər, üzlük tikinti daşları digər faydalı qazıntı ehtiyatları var. Həmçinin, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq da inkişaf etmiş sahələrdən hesab olunur. Laçında yeni nəqliyyat infrastrukturunun formalaşdırılması, beynəlxalq hava limanının inşası rayonun strateji əhəmiyyətini daha da artıracaq.

28 May kimi əlamətdar gündə ölkə başçımız Qorçu qəsəbəsinin Şəlvə kəndinin təməlini qoydu, "Qorçu" "Laçın" yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər 28 May, Xosrov bəy Sultanov Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını etdi. Zabux kəndində aparılan tikinti işləri, Laçın şəhərinin Baş Planı əsasında, Aqro Sənaye Parkında aparılan işlərlə tanışlıq, ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması, rayon ərazisində Şərqi Qafqaz turlarının şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq qızılxallı forelin Həkəri çayına buraxılması mərasimi düşmənin viran qoyduğu ərazilərin yenidən dirçəldiyinin real təsdiqidir. Bu gün Laçın-Xankəndi yolunda yaradılan sərhəd-keçid məntəqəsi ən ciddi mərhələdir.

Beynəlxalq səyyahlar da torpaqlarımız azad edildikdən sonra vətəndaşlarımızın öz doğma torpaqlarına qaytarılması istiqamətində reallaşan möhtəşəm layihələrin şahidi olurlar. Zəngilanda icra olunmuş "Ağıllı kənd" konsepsiyası ilkin olaraq yenidən qurulub bərpa ediləcək bütün ərazilərimizin simasıdır. Səyyahlar görürlər ki, azad olunmuş ərazilərimizdə yol digər sosial infrastruktur sürətlə tikilir. Məhz belə səfərlər nəticəsində səyyahların digər nüfuzlu qonaqların gözü ilə erməninin cinayətkar üzü dünyaya tanıdılır. Xarici qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla ermənilərin əsl mahiyyətini görür Azərbaycanın sülhsevər bir ölkə olduğuna bir daha şahidlik edirlər. İşğaldan azad edilən ərazilər, həmçinin füsunkar təbiətə geniş turizm imkanlarına malikdir. Əlbəttə ki, xarici qonaqların səfəri həmin ərazilərin turizm potensialının dünyada təbliği baxımından mühüm rol oynayır.

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət qalib ölkə, güclü lider. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Tariximizin bu şanlı dövründə yaşayıb yaratmaq hər bir azərbaycanlı üçün hədsiz xoşbəxtliklə bərabər, həm böyük məsuliyyətdir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Belə ki, bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir.

Mustafa KAMAL,

"Respublika".