Hərbi prokuror Xanlar Vəliyev bayram ərəfəsində hərbi hissələrdə
Digər xəbərlər

Hərbi prokuror Xanlar Vəliyev bayram ərəfəsində hərbi hissələrdə

Novruz bayramı ərəfəsində Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı general-leytenant Ənvər Əfəndiyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, eləcə Hərbi Prokurorluğun Mərkəzi Aparatının ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu Vətənin müxtəlif bölgələrində yerləşən hissə bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, görüş iştirakçıları Vətəni milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə qardaş Türkiyədə məlum zəlzələ zamanı həyatını itirən şəxslərin əziz unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Hərbçiləri Novruz bayramı münasibətilə təbrik edərək, onlara ən xoş arzularını ifadə edən Hərbi Prokuror Xanlar Vəliyev çıxışında bildirib ki, müasir Azərbaycanın memarı qurucusu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti yorulmaz fəaliyyəti ilə xalqın müdrik düşüncəsi əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Hərbi prokuror Xanlar Vəliyev həmçinin qeyd edib ki, ölkəmizin sürətli tərəqqisində qazanılan ardıcıl uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Respublikamızın dinamik inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika digər avadanlıqlarla bir qədər zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən bəhs edən Xanlar Vəliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi qələbəni Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Görüşdə  hüquqi maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı problemləri ilə maraqlanılıb, birlikdə nahar edilib, hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Sonda Novruz tonqalları alovlandırılıb.

Ülvi QARAYEV,

Respublika”.