Heydər Əliyev və Bakı Dövlət Universiteti
Siyasət

Heydər Əliyev və Bakı Dövlət Universiteti

Ulu öndərin 100 illik yubileyi ərəfəsində məzunu Fəxri doktoru olduğu Bakı Dövlət Universiteti ilə münasibətləri haqda düşüncələrimi hörmətli oxucularla bölüşmək istəyirəm. Həyatımın çox hissəsi universitetlə bağlı olduğuna görə hamıya məlum olan bu həqiqəti mən bilirəm ki, BDU ölkəmizin böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmiş ən qocaman ali təhsil ocağıdır. İndiyədək 150 minə yaxın məzunu olub. BDU-nun ən tanınmış məzunu isə, heç şübhəsiz, xalqına, onun mədəniyyətinə mənəviyyatına son dərəcə bağlı olan, müstəqil Azərbaycanın xilaskarı, memarı qurucusu ümummilli lider Heydər Əliyevdir.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinin məzunu olan Heydər Əliyev həyatının bütün dövrlərində universitetlə bağlı olmuş, hər zaman bu tədris müəssisəsinə qayğı ilə yanaşmışdır. Bu, onun bitirdiyi universitetə bağlılığı, ziyalılara olan sevgisi doğmalığından irəli gəlirdi. Heydər Əliyev BDU ilə əlaqədar hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə xüsusi həssaslıq göstərir, respublikanın bu ilk elm təhsil məbədindən qayğısını əsirgəmirdi. Universitetin 50, 60, 75 80 illik yubileyləri ümummilli lider Heydər Əliyevin iştirakı rəhbərliyi ilə keçirilmişdir. O, BDU-nun həm Azərbaycan xalqının, həm universitetin şöhrətini yüksəklərə qaldıran, xalqına, millətinə əvəzsiz xidmətlər göstərən ən məşhur məzunudur.

Məhz bu qayğının nəticəsi idi ki, hakimiyyətə gəlişindən dərhal sonra o, universitetin 50 illik yubiley komissiyasına rəhbərlik etdi. Onu da qeyd edək ki, Heydər Əliyev universitetə 50 illik yubileyi münasibətilə dövrün ən yüksək mükafatı olanLeninordeninin verilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qaldırmışdı. Ancaq onun daxili xarici rəqibləri bu mükafatın verilməsinə mane oldular.

Ulu öndərin 1969-cu il noyabrın 1- Dzerjinski adına klubda (indiki Şəhriyar klubu) bu təntənəli tədbirdə iştirak çıxış etməsi universitet kollektivi tərəfindən böyük məmnuniyyətlə qarşılanmışdı. Bir faktı da qeyd edək ki, sonuncu dəfə BDU-nun yubileyi 1929-cu ildə keçirilmişdi. Sonrakı illərdə belə əlamətdar hadisələrin qeyd olunmasına o qədər əhəmiyyət verilməmişdi. Yalnız 40 ildən sonra - 1969-cu ildə ümummilli liderin təşəbbüsü ilə 50 illik yubileyin keçirilməsi BDU-nun şanlı tarixinin böyük əlamətdar mərhələsi hesab olunurdu. Həm ulu öndər yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmiş, onun dərinməzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir. Heydər Əliyevin o zaman Azərbaycan dilində çıxış etməsi tarixi hadisə idi. Görkəmli alim, həmin yubiley tədbirinin iştirakçısı olmuş akademik Ağamusa Axundov danışırdı ki, Heydər Əliyev tribunaya qalxanda hamının rusca müraciətini gözlədiyi halda "Əziz yoldaşlar" sözləri ilə çıxışına başlamasından sonra salona bir sükut çökdü.

Hamı düşünürdü ki, indi nəsə baş verəcək, ya tavan uçacaq, ya partlayış olacaq, ya da bizim hamımızı həbs edib aparacaqlar. Zarafat deyildi, Stalinin ölümündən cəmi 16 il keçirdi, totalitar rejim bütün qüvvəsi ilə fəaliyyətdə idi, hamının dəqiq bildiyi o idi ki, salonda kimə söz versələr, mütləq rusca danışmalı idi. Ancaq yeni seçilmiş birinci katib belə etmədi... Digər tərəfdən, həmin tədbirdə Sov.İKP MK-nın rəhbərliyindən yüksək nümayəndələr, SSRİ ali orta ixtisas təhsili naziri, Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən digər şəhərlərdən gələn nazirlər, rektorlar başqa rusdilli qonaqlar iştirak edirdi. Qeyd etmək lazımdır ki, o dövrdə öz ana dilində çıxış etmək heç kimə rəsmi şəkildə qadağan edilməsə , Heydər Əliyevə qədər bu qəbildən olan tədbirlərdə yüksəkvəzifəli şəxslər bir qayda olaraq öz çıxışlarını yalnız rus dilində edərdilər. Heydər Əliyev bu qadağalara baxmayaraq, Azərbaycan dilində çıxış edib hamıya göstərdi ki, hər kəs öz dilində çıxış edə bilər əgər biz öz ana dilimizin inkişafına nail olmaq istəyiriksə, məhz bu yolla getməliyik.

Ümumiyyətlə, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Azərbaycanın tarixində milli oyanış dövlət müstəqilliyinə doğru böyük dönüş dövrü başlandı. Moskvanın böyük ümidlərlə millətçiliyi boğmaq, milli oyanışın qarşısını almaq məqsədilə təyin etdiyi yeni rəhbər Vaqiflərə, Hüseyn Cavidlərə, Cəfər Cabbarlılara heykəl qoydurdu, bütün idarəetmə qurumlarını, o cümlədən hüquq-mühafizə orqanlarını hərbi sistemi azərbaycanlılaşdırdı, milli ideoloqları, Bəxtiyar Vahabzadələri, Xəlil Rzaları, Ziya Bünyadovları mükafatlandırdı, "Qobustan" kimi jurnalları, "Gülüstan" kimi əsərləri dəstəklədi.

İndi inamla deyə bilirik ki, respublikada Heydər Əliyevin müdrik siyasəti nəticəsində 14 il ərzində yaranmış güclü sosial, iqtisadi intellektual potensial Azərbaycanın müstəqilliyinin bərpası üçün zəmin olmuşdur. 1970-1980-ci illərdə digər sahələrlə yanaşı, elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə keyfiyyət dəyişiklikləri baş verdi. Respublikanın tərəqqisinin kifayət qədər savadlı, milli kadrların hazırlığı ilə mümkün olduğunu qeyd edən Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirir, onun şəbəkəsini genişləndirir, tələbələrin sayını artırır, müəllimlərə qayğı göstərirdi. Nəticədə ali məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, cihazlar, müxtəlif ləvazimatlar alınıb gətirildi, yataqxanalar tikildi. Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə təkan verdi.

Ən böyük nailiyyət isə keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə xüsusi ixtisaslar üzrə qəbul istiqamətində olmuşdu. O dövrdə Bakı Dövlət Universitetində bilavasitə həmin sahə üzrə Məsul katib vəzifəsində çalışdığımdan əldə edilən nailiyyətlər yaxşı yadımdadır. Təsəvvür edin ki, bir neçə il ərzində bu yolla on beş minə yaxın azərbaycanlı gənc sovetlər ittifaqının nüfuzlu universitetlərində nadir ixtisaslar üzrə ali təhsil almışdılar. Bundan əlavə, ulu öndərin gələcəyə yönəlmiş müdrik siyasəti nəticəsində hər il 400-500 azərbaycanlı gənc keçmiş SSRİ-nin hərbi ali məktəblərində təhsil almağa göndərilirdi.

Təhsil naziri vəzifəsinə təyin olunandan sonra günlərin birində Azərbaycanın keçmiş ali orta ixtisas təhsili naziri Qurban Əliyevlə görüşdük. O, bu xüsusda maraqlı bir məqamı xatırladaraq demişdi:

- Nazirlikdə işləyən vaxt hər il avqustun ikinci yarısında Heydər Əliyev məni Moskvaya - SSRİ-nin o vaxtkı ali orta ixtisas təhsili naziri Yelyutinin yanına göndərirdi. Deyirdi ki, Yelyutinlə özüm danışmışam, əgər ali məktəblərdə başqa respublikalar üçün nəzərdə tutulmuş yerlərdən boş qalanları varsa, o həmin yerləri Azərbaycana verəcək. Get, onunla məsələləri müzakirə et.

BDU dünyaşöhrətli məzununun qayğısını hər zaman hiss etmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin diqqət qayğısı nəticəsində universitetdə yeni inkişaf tərəqqiyə nail olunmuş, fəaliyyətinin hərtərəfli genişlənməsi təkmilləşməsi üçün böyük imkanlar yaranmışdı. Universitet təhsildə, elmin inkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində böyük uğurlar qazanmışdı.

Məhz Heydər Əliyevin diqqət qayğısı sayəsində qısa zaman ərzində ittifaqın nüfuzlu ali məktəblərində bu xətt üzrə təhsil alan tələbələrin böyük hissəsi məhz azərbaycanlılardan ibarət idi. Onu da qeyd edək ki, 1970-ci ildə ölkədən kənarda ali təhsil alanların cəmi 40 faizi azərbaycanlı idisə, Heydər Əliyevin apardığı müdrik uzaqgörən siyasət nəticəsində 1976- ildə bu rəqəm 85 faizə, 1980-ci illərin əvvəlində isə 97,6 faizə yüksəlmişdi.

Bu illərdə Bakı Dövlət Universitetində yeni inkişaf tərəqqiyə nail olunması, fəaliyyətinin hərtərəfli genişləndirilməsi təkmilləşdirilməsi üçün geniş imkanlar meydana çıxdı. Bu, ilk növbədə respublika rəhbərliyinin SSRİ tərkibində maksimum müstəqilliyə yönəlmiş səyləri apardığı siyasəti nəticəsində mümkün olmuşdu. Məhz həmin illərdə universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, elmin inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradılmış, informatika-hesablama mərkəzi açılmış, yeni tədris binaları, laboratoriya kafedralar, kitabxana, yataqxana s. istifadəyə verilmişdi.

Universitetə qəbul prosesinə diqqətlə yanaşan Heydər Əliyev 1970-ci illərdə orada keçirilən qəbul imtahanlarının obyektivliyini təmin etmək üçün həmin proseslərdə şəxsən iştirak edirdi. Özü imtahanlara gələndə abituriyentlərlə, onların valideynləri ilə, qəbul imtahanında iştirak edən müəllimlərlə səmimi söhbət edərdi. Yaxşı xatırlayıram, 1975-ci ildə BDU-da gənc müəllim kimi qəbul imtahanlarına cəlb edilmişdim. Bir gün xəbər yayıldı ki, Heydər Əliyev universitetə gəlir. O zamanlar əsas binanın 4- mərtəbəsində təxminən 30 otaqda imtahan gedirdi. Biz riyaziyyatçılar da bir otaqda əyləşib abituriyentlərin yazı işlərini yoxlayırdıq. Birdən auditoriyanın qapısı açıldı Heydər Əliyev bizim otağa daxil oldu. Həmin vaxtlar onun 52 yaşı vardı, xeyli cavan idi, ancaq çox ağsaqqal, nurani bir insan təsiri bağışlayırdı. Aurası, baxışları, söhbətləri çox fərqli idi. O, təhsil sistemində mövcud olan problemlər, ali məktəblərdəki vəziyyət, imtahanlar, aspirantura, gənc alimlər haqqında söhbət etməyə başladı. Elə incəliklərə toxundu ki, çoxumuz bu məsələlərdən xəbərsiz idik. Qısa müddətdə onun zəkasına, hadisələrə yanaşmasına, faktları dəqiqliklə bilməsinə maraqlı söhbətlərinə valeh olduq. Söhbətini başa vurandan sonra sualımızın olub-olmadığını soruşdu. Mən düşündüm ki, heç kəs bu ovsunun təsirindən çıxıb sual verə bilməz, görünür, bunu özü hiss etdi vəziyyəti yumşaltmaq üçün bir neçə səmimi söz dedi, hətta yüngül bir zarafat da etdi, bununla da açıq dialoq üçün şərait yaratdı. Yaranmış vəziyyətdən istifadə edən gənc professor Valeri Salayev müraciət edərək dedi:

- Yoldaş Əliyev, mənim sualım var. Bizə göstəriş gəlib ki, məzunlar aspiranturaya qəbul olmamışdan əvvəl mütləq ən azı iki il stajına malik olmalıdırlar. Amma bu halda biz yüksək elmi potensiala malik kadrları itiririk. Oğlanlar ikiillik hərbi xidmətə gedir təhsil estafeti qırılır. Riyaziyyatda isə ixtisasla fasiləsiz məşğul olmaq lazımdır.

Təhsil naziri, rektor onunla birlikdə gələn digər rəhbər işçilər planlaşdırılmamış sualdan ciddi narahat oldular. Heydər Əliyev isə cavabı ilə vəziyyəti xeyli yumşaltdı:

- Bu tələb, daha çox humanitar sosial elmlər sahələrinə aiddir. Riyaziyyatçılara gəlincə, siz tamamilə haqlısınız, fundamental elm sahələrində, o cümlədən fizikada, riyaziyyatda məzunlar qarşısında gərək belə tələb qoyulmasın.

Yeri gəlmişkən qeyd edim ki, o məsələ bununla da öz həllini tapdı fundamental elm sahələrində aspirantura təhsili almaq istəyən gənclərdən sonralar stajı tələb olunmadı.

Heydər Əliyevin gənc professorun sualına belə səmimi müsbət reaksiyası, deyəsən başqalarını da ürəkləndirdi. Bu dəfə elmlər namizədi Binəli Musayev əlini qaldırdı:

- Yoldaş Əliyev, mən 32 yaşındayam. Ailəliyəm, 3 övladım var. Amma hələ mənzilim yoxdur. Kirayədə yaşayıram. Belə şəraitdə elmlə məşğul olmaq çox çətindir. Xahiş edirəm, mənzil problemimin həllində kömək göstərəsiniz.

Heydər Əliyev gülümsünüb Nyuton, Eynşteyn daxil olmaqla bir çox böyük alimlərin adlarını çəkdi. Onların normal məişət şəraitləri olmadan elmdə əldə etdikləri yüksək nailiyyətləri yada saldı:

- Siz bilirsinizmi, bu alimlərin əksəriyyəti öz elmi əsərlərini xüsusi bir şəraitləri olmadan, əsasən kitabxanalarda yaradıblar?! Hətta döşəmədə əsərlər yazan alimlər olub. Əlbəttə, mən həmişə çalışıram ki, hər bir vətəndaşımız normal şəraitdə yaşasın, - deyib Heydər Əliyev təbəssümlə həmin müəllimi süzdü: - Sizə imkan daxilində kömək göstəriləcəkdir. (Bir müddət sonra, həqiqətən o müəllimə mənzil verildi).

Ulu öndərin dərin ensiklopedik biliyi, hadisələrə anındaca reaksiya vermək bacarığı, təhsil elm sahəsinə bu qədər təfsilatı ilə bələdliyi məni ilk görüşdəcə heyrətləndirdi.

Ümummilli liderin 1993- ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra təhsil sahəsində həyata keçirilən strateji xətt, digər təhsil ocaqları kimi, Bakı Dövlət Universitetində əsaslı islahatların aparılmasına şərait yaratdı, onun gələcək inkişafını təmin etdi. 1993- ildən tədris fəaliyyətində, elmi-tədqiqat işlərində ciddi irəliləyiş hiss olundu, maddi-texniki bazanı möhkəmləndirmək üçün tədbirlər həyata keçirildi. Hər il universitetə ayrılan vəsait tələbə qəbulu artırıldı. Tədris prosesində mühüm islahatlar aparıldı, nizam-intizam möhkəmləndirildi. Heydər Əliyevin qayğısı sayəsində yeni fakültələr ixtisaslar açıldı. Beynəlxalq əlaqələri genişlənən BDU artıq müstəqil dövlətin aparıcı ali məktəbi kimi, dünyanın qabaqcıl ali təhsil ocaqları ilə birbaşa əlaqələr qurmaq imkanı qazandı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 3 sentyabr 1994- ildə universitetin 75 illik yubileyinin keçirilməsi haqqında fərman imzaladı bununla bağlı yubiley komissiyası yaradıldı. Ölkədə siyasi sabitlik hələ tam bərpa olunmasa da, iqtisadi vəziyyət ağır olsa da, komissiyaya Heydər Əliyevin şəxsən rəhbərlik etməsi dövlət başçısının universitetin cəmiyyətin həyatında rolu önəminə verdiyi yüksək dəyər diqqətin, elm, təhsil mədəniyyətə qayğısının təcəssümü idi.

Ölkə Prezidentinin müvafiq Fərmanına əsasən, həmin il noyabrın 26-da Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) universitetin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mərasimdəki nitqində BDU-nun yaranmasını əlamətdar hadisə kimi qiymətləndirən Heydər Əliyev BDU-nu "Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı" adlandırdı. Azərbaycan xalqı dövləti qarşısında misilsiz xidmətlərinə görə, BDU Elmi Şurasının 28 oktyabr 1994- il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BDU-nun Fəxri doktoru adına layiq görüldü.

BDU dünyaşöhrətli məzununun qayğısını hər zaman hiss etmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin diqqət qayğısı nəticəsində universitetdə yeni inkişaf tərəqqiyə nail olunmuş, fəaliyyətinin hərtərəfli genişlənməsi təkmilləşməsi üçün böyük imkanlar yaranmışdı. Universitet təhsildə, elmin inkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində böyük uğurlar qazanmışdı. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, mənim rektor olduğum çox qısa zaman ərzində (1997-1998) ulu öndər 3 dəfə universitetdə olmuşdur. İlk gəlişi 1997-ci il 19 fevral tarixində - məni rektor təyin etdikdən cəmi 2 gün sonra oldu. O zaman Gürcüstanın prezidenti Eduard Şevardnadze BDU-ya qonaq gəlirdi ona Fəxri doktor diplomu təqdim edilməliydi. Əlbəttə, çox həyəcanlı gün idi, dünyaşöhrətli bir adamın gəlişi, iki günün ərzində hazırlaşmaq, digər texniki problemləri həll etmək çox çətin məsuliyyətli idi. Lakin ən böyük məsuliyyəti ulu öndərin qarşısında hesabat vermək, bu tələbkar bütün incəliklərə diqqət yetirən şəxsiyyəti qane etmək yaradırdı.

Bununla belə, zaman ötdükcə düşünürəm ki, tanınmış dövlət xadimlərini, siyasət adamlarını, dünyaşöhrətli alimləri (onun Prezidentliyi dövründə 20 nəfərə yaxın məşhur şəxs BDU-nun Fəxri doktoru adını almışdı) ölkənin baş ali məktəbinə gətirməklə, özü onlarla birlikdə universitetə gəlməklə cəmiyyətə təhsilə qədər önəm verdiyi barədə mesaj verməklə yanaşı, həm universitet ziyalılarını daha məsuliyyətli olmağa, gənc nəslin yetişməsinə daha çox qüvvə sərf etməyə səsləyir, bununla da müstəqilliyini yenicə əldə etmiş respublikanın beynəlxalq imicini formalaşdırırdı.

E.Şevardnadzedən bir qədər sonra Qırğızıstanın prezidenti Əsgər Akayev, bir müddət keçmiş Moldovanın prezidenti Petro Luçinski BDU-ya gəldi bu səfərlərdə , gərgin qrafikinə baxmayaraq, ulu öndər onları sonadək müşayiət etdi. Bütün bu addımlar dahi Heydər Əliyevin qədər çoxşaxəli fəaliyyət göstərdiyini bir daha təsdiq etməklə bərabər, həm onun vətən, xalq, milli maraqların təəssübkeşi olduğunu əyani göstərir.

BDU-nun rektoru təyin olunana qədər Heydər Əliyevlə birbaşa görüşüm olmamışdı. Amma AXC hakimiyyəti dövründə həyatımda Heydər Əliyevlə bağlı maraqlı bir hadisə baş verdi ki, həmin hadisəni olduğu kimi hörmətli oxucuların diqqətinə çatdırmağı vacib bilirəm.

1992-ci ilin sonları idi. Bir neçə ay idi ki, BDU-nun prorektoru vəzifəsində işləyirdim. Universitetin arxivində işləyən Xalidə xanım adlı bir əməkdaşımız günlərin birində ehtiyatla mənə yaxınlaşıb, arxivdə Heydər Əliyevlə bağlı bir qovluğun olduğunu AXC hakimiyyəti təmsilçilərindən kimlərinsə o qovluğu axtardıqlarını dedi. Qadın qovluğu heç kimə verməyib seyfdə gizlətmişdi, amma hiss olunurdu ki, möhkəm qorxur bu qovluqla bağlı edəcəyini bilmir. Dərhal sürücümü Xalidə xanımla arxivə göndərib həmin qovluğu gətirməsini tapşırdım. Düzü özüm ehtiyat edirdim ki, görəsən orada hansı sənədlər ola bilər. Amma onu axtaranların da xoşniyyət güdmədikləri bəri başdan məlum idi. Çünki ölkədə Heydər Əliyev tərəfdarlarının sayı getdikcə artırdı. AXC hakimiyyəti ulu öndərin hakimiyyətə doğru yolunu müxtəlif üsullarla əngəlləməyə çalışırdı. Ola bilsin, qovluqdan Heydər Əliyevə qarşı istifadə edə biləcəkləri hansısa sənədin çıxacağına ümid edirdilər.

1970-1980-ci illərdə digər sahələrlə yanaşı, elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə keyfiyyət dəyişiklikləri baş verdi. Respublikanın tərəqqisinin kifayət qədər savadlı, milli kadrların hazırlığı ilə mümkün olduğunu qeyd edən Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirir, onun şəbəkəsini genişləndirir, tələbələrin sayını artırır, müəllimlərə qayğı göstərirdi... Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə təkan verdi.

Bir neçə dəqiqədən sonra qovluq artıq məndə idi. Axşam işdən gedəndə onu özümlə evə apardım. Burada Heydər Əliyevin Naxçıvan Pedaqoji Məktəbini bitirməsi haqqında attestat, universitetə qəbulla bağlı rektorun adına yazdığı ərizə, bütün yazılı işləri imtahanlardan aldığı qiymətlər haqqında sənədlər toplanmışdı. Başqa bir maraqlı sənəd isə Heydər Əliyevin apellyasiya imtahanı tələbi idi. O, universitetin Tarix fakültəsinə qəbul zamanı bütün fənlərdən "əla" qiymət alır. Yalnız rus dilindən yazdığı inşaya "yaxşı" qiymət verdiklərinə görə etirazını bildirir. O zaman Heydər Əliyev artıq DTK-nın mayoru idi, görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndan isə universitetin rektoru vəzifəsində çalışırdı. Məsələ rektora da çatır. Cəfər Xəndan onu qəbul edir, məsələni aydınlaşdırmaq üçün qəbul komissiyasının məsul katibini yanına çağırır. Rektor öyrənir ki, Heydər Əliyev artıq universitetə qəbul olunub. Yəni qiymətin "əla" ya "yaxşı" olmasının nəticəyə heç bir təsiri yoxdur. Belə olanda Heydər Əliyevin apellyasiya tələbinə təəccüblənir. Amma Heydər Əliyev xahiş edir ki, apellyasiyaya şərait yaradılsın. Apellyasiya nəticəsində məlum olur ki, yazı işinin əsl qiyməti elə "əla"dır.

Heydər Əliyev ömrü boyu hər işdə mükəmməlliyə, ən yüksək səviyyəyə can atan belə nadir bir şəxsiyyət idi. Qovluqdakı sənədləri vərəqlədikcə, bunun şahidi olurdum.

1997-ci il fevralın 17- rektor vəzifəsinə təsdiq edilmək üçün məni Prezidentin qəbuluna çağırdılar. Söhbətin əvvəlində həmin qovluğu Heydər Əliyevə təqdim etdim. Ulu öndər universitetlə bağlı bir çox məsələlərin müzakirəsindən sonra qovluğa diqqətlə baxıb dedi:

- Necə olub ki, bu sənədləri qoruyub saxlaya bilmisən? Mən onları neçə illər axtarmışam. Xüsusən, Naxçıvanda aldığım attestatın əslinin bu qovluqda olması məni çox sevindirdi.

Həmin qovluqdakı sənədlər əsasında sonralar biz professor Əli Əhmədovla "Heydər Əliyev Bakı Dövlət Universiteti" kitabını nəşr etdirdik.

Rektor vəzifəsində qısa müddət çalışsam da, bu müddətdə ulu öndərlə mütəmadi əlaqələrimiz vardı. Bir neçə dəfə qəbulunda olmuşdum, Heydər Əliyev bir il ərzində bir neçə dəfə universitetə gəlmişdi.

Universitetə gəlişlərinin birində Heydər Əliyev Məktəbinin divarından asılmış portretlərə baxıb soruşdu ki, bu insanlar kimlərdir? Biləndə ki, onlar universitetin keçmiş rektorlarıdır, xəbər aldı:

- Deyə bilərsənmi, BDU-nun ən yaxşı rektoru kim olub?

Düzü, bir az çətin sual idi. İndiyədək BDU-nun rektoru olmuş insanların hər biri xalqımızın görkəmli şəxsiyyətləri idi bir anda Tağı Şahbazidən Abdulla Qarayevə, Yusif Məmmədəliyevdən Murtuz Ələsgərova kimi böyük bir siyahı gözümün önündən keçdi. Düşündüm ki, gördüyüm, çiyin-çiyinə çalışdığım rektorlardan desəm, daha real olar. Bununla belə, hiss etdim ki, cavabım bütün siyahını nəzərdə tutan Heydər Əliyevi qane etmədi.

Növbəti dəfə onunla BDU-da görüşəndə artıq Təhsil naziri idim. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı professor Səfiyar Musayev vəfat etmişdi. Onunla vida mərasimi universitetin akt zalında təşkil olunmuşdu. Dəfn mərasiminə Prezident gəlmişdi. Onu universitetdə mən qarşıladım. Yenidən həmin portretlərin qarşısından keçəndə yaddaşı çox güclü olan Heydər Əliyev köhnə sualını bir təkrarladı:

- Universitetin ən yaxşı rektoru kim olub, dedin?

Bu sualı gözləyirdim doğrusu, rektorların fəaliyyətini ciddi araşdırıb cavabı hazırlamışdım, ona görə düşünmədən "Yusif Məmmədəliyev", - dedim.

Heydər Əliyev gülümsündü: "Bax, bu daha dəqiqdir".

Deməli, araşdırmalarım əbəs olmamışdı

Qəbulunda olarkən, eləcə BDU-ya gələrkən Prezidenti universitetlə bağlı hər şey maraqlandırırdı: universitetdəki vəziyyət, pedaqoqların əhvali-ruhiyyəsi, şəxsən tanıdığı ayrı-ayrı alimlərin işlə məşğul olması. Əsas tapşırığı isə o idi ki, kadrların xaricə axınının qarşısını mümkün qədər alaq. O zaman çox çətin dövr idi. Ciddi sıxıntılarımız vardı. Müəllimlər kütləvi surətdə işləməyə xaricə gedirdilər.

Bəzən məndən soruşurlar ki, Heydər Əliyevlə işləmək çətin idimi?

Bəli, ulu öndər çox tələbkar, verdiyi hər bir tapşırığın icrasında maksimum mükəmməllik tələb edən bir rəhbər idi. Onun xatirindən heç çıxmaz, ən xırda detal belə nəzərindən yayınmazdı. Amma Heydər Əliyevin etimadına layiq olmaq, onun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, həm böyük şərəf məsuliyyət idi.

1969-1982-ci illər Azərbaycan tarixinin çox mürəkkəb, eyni zamanda çox zəngin bir dövrüdür. Mən tələbə olarkən fəlsəfə müəllimlərimizin "cəmiyyətdə şəxsiyyətin rolunun olmaması" barədə bizə öyrətməyə çalışdıqları Marksizm nəzəriyyəsinin əksinə olaraq düşünürəm ki, cəmiyyəti məhz şəxsiyyətlər yönəldir. Atatürkün Türkiyənin taleyindəki rolu, yaxud Corc Vaşinqtonun ABŞ tarixindəki missiyası imtina edilə bilərmi? Əlbəttə, yox! Heydər Əliyev həmin 14 ilə yaxın müddətdə Azərbaycan üçün çox böyük işlər görə bildi. Analitiklərin hesablamalarına görə, əgər həmin illərdə atılan nəhəng addımlar olmasaydı, bu gün Azərbaycan müstəqillik tələbləri ilə ayaqlaşa bilməzdi. İnşa edilən zavodlardan böyük yaşayış massivlərinə, hərbi məktəblərdən SSRİ-nin qabaqcıl universitetlərində oxumağa göndərilərək yetişdirilən kadrlaradək hər şey dəqiqliklə ölçülüb-biçilmiş, məharətlə hesablanmışdı.

Düşünürəm ki, həmin illər hələ lazımınca tədqiq edilməmiş, hadisələrin, görülən cahanşümul işlərin mahiyyəti cəmiyyətə tam təqdim olunmamışdır. Yəqin ki, gələcəkdə aparılacaq tədqiqatlar, araşdırmalar ulu öndərin tarixi dəyişdirən nəcib əməllərini bizə daha təfsilatı ilə çatdıracaqdır.

Misir MƏRDANOV,

AMEA-nın müxbir üzvü, professor.