Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir
İdman

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir

Bakının Pirallahı adasında yerləşən Nǝrǝkǝnd parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “IronWinD” açıq ölkə turniri keçirilib. Bu barədə 5 iyun Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Bakı Şəhər Halqası və "Triterra" klubunun birgə təşkilatçılığı ilə baş tutan yarış 3 mərhələdən ibarət olub. İdmançılar 1.9 km üzüb, 90 km velosiped sürüb və 21.1 km məsafəyə qaçıblar.

Qadınlar arasında İnna Anisimova qalib gəlib. Rəbiyə Oruclu ikinci, Natalya Vallek isə üçüncü olub. Kişilərin yarışında isə Oleksandr Mordasov birinci, Teymur Fərəcov ikinci, Konstantin Vedmed isə üçüncü pillədə qərarlaşıblar.

Turnir zamanı Nərəkənd parkında aşağı yaş qruplarından olan idmançı uşaqların kiçik qaçış yarışı da təşkil olunub.

“Respublika”.