Sahibə Qafarova TÜRKPA-nın XI iclası çərçivəsində Qırğızıstan Prezidenti ilə görüşdə iştirak edib
Türk dünyası

Sahibə Qafarova TÜRKPA-nın XI iclası çərçivəsində Qırğızıstan Prezidenti ilə görüşdə iştirak edib

İyunun 24-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində bu ölkənin Prezidenti Sadır Japarov TÜRKPA-nın XI iclasında iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova da iştirak edib.

Parlament sədrlərini səmimiyyətlə salamlayan Sadır Japarov ölkəsinin TÜRKPA çərçivəsində əməkdaşlığa və bu təşkilatın fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirib.

Görüşdə TÜRKPA-nın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Çolpon-Ata şəhərində keçirilən TÜRKPA-nın XI iclası təşkilatın gələcək inkişafına, qurum çərçivəsində əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

AZƏRTAC