Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edib
Digər xəbərlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov yanvarın 26-da Salyanda Hacıqabul, Neftçala, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul  edib.

Qəbulda 20 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, təkrar tibbi müayinəyə cəlb olunma, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli üçün mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Yaradılan şəraitdən razılıqlarını bildirən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Müşfiq MİRZƏ,

"Respublika".