Şüşün kəndində problemlər həllini tapır
Region

Şüşün kəndində problemlər həllini tapır

Şüşün kəndi Şirvan düzündə,  Kür sahilində, mənzərəli ərazidə yerləşir. Köhünlü İnzibati Ərazi Vahidliyinə daxil olan kəndin maraqlı tarixi var. Kür çayında daşqınlar zamanı ətrafı basan lil sular burada qalın meşəlik yaratmış, meşədə qovaq, söyüd, digər ağaclar çoxluq təşkil etmişdir. Yerli əhalinin dediyinə görə,  ağaclar "şüş", yəni düz olduğundan kəndin adı da "Şüşün" adlandırılmışdır.

1300 nəfərə yaxın əhalisi olan Şüşündə kənd camaatı heyvandarlıq və əkinçiliklə məşğul olur. Otlaq yeri, yem, digər məsələlərdə çətinliklər olmasa da kəndə verilən elektrik enerjisi uzun illər problem olaraq narahatlıq yaradırdı. Bu günlərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfi Ağayev Şüşün kəndində olmuş, kənddə yeni tikiləcək yarımstansiyanın ərazisinə baxış keçirmişlər. Yarımstansiyanın yaxın günlərdə tikintisinə başlanılacaqdır. Kənd sakinləri problemin həlli istiqamətində həyata keçirilən tədbirdən razı qaldıqlarını bildirirlər.

Tofiq HÜSEYN,

"Respublika".