Tarixi Qələbəmiz regiondakı güc balansını dəyişdi
MÜSAHİBƏLƏR

Tarixi Qələbəmiz regiondakı güc balansını dəyişdi

Dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız qısa müddətdə - 44 gündə düşmən işğalından azad edildi. Tarixi Qələbəmiz xalqımıza böyük sevinc qürur hissi yaşatdı. Düşmən diz çökdü Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşına hopmuş qürur fəxarət dolu tarixdir.

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva bildirir ki, 44 günlük Zəfər savaşı həm Azərbaycanı son 200 ildə torpaqlarını düşmən işğalından azad edən ölkə kimi tarixə həkk etdi. Azərbaycan ATƏT, Avropa Şurası coğrafiyasında, postsovet ölkələri siyahısında torpaqları işğal altında olan xalqlar arasında suverenliyini bərpa etmiş ilk dövlətdir: "Azərbaycan xalqı bunun üçün çox uzun yol gəldi, illərlə cəmiyyət, dövlət quruculuğu, həmçinin gənclərin milli mənəvi dəyərlər əsasında tərbiyə olunması istiqamətində geniş apararaq bu zəfəri, qalibiyyəti əldə etdi. Qalibiyyətin, Zəfərin verdiyi motivasiya ilə xalq olaraq çox qısa müddətdə, 2 il 6 ay ərində kifayət qədər uğurlara imza atdıq. Dövlət olaraq dünyada qlobal dəyişikliklərdə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı Avropa Şurası kimi böyük qurumlarda rolumuz artdı. Bununla yanaşı, Cənubi Qafqaz regionunda sülh stabilliyə xidmət edəcək güclər balansını total olaraq öz xeyrimizə dəyişdik.

Yaxın Şərq Asiya, həmçinin Yaxın Şərq Avropa arasında kommunikasiyalar üzrə üstünlüklər əldə etdik. Bu, dövlətimizin xalqımızın gələcəyi üçün uzunmüddətli müstəvidə çox böyük iqtisadi sərmayədir. Biz torpaqlarımızı sadəcə işğaldan azad etmədik, dövlət cəmiyyət olaraq monolitlik nümayiş etdirdik. Bu gün biz Zəfər tarixinin faydalarını qismən görürük, amma gələcək nəsillər bunu daha yaxşı hiss edəcək.

44 günlük Vətən müharibəsində Azərbaycanın mədəniyyət beşiyi Şuşanın azad olunması ilə biz zəfərimizi məntiqi yekuna çatdırdıq. Qarabağ, Xankəndi Xocalı ilə bağlı mərhələni uğurla adlamaqdayıq. Azərbaycan Respublikası Konstitusiyasının maddələri əsasında, bütün ərazilərimizdə dövlətimizin mövcudluğunu bərpa etmək niyyətindəyik mütləq edəcəyik. Qarabağla bağlı kimin hansı planının olmasından asılı olmayaraq bu proseslər davam edəcək. Bu müharibədə dünyaya: "Biz varıq!", - kimi mesajlar verən ölkə olaraq öz mövcudluğumuzu, müqəddəratımızı təmin etdik. Son 2 ildə şimal-cənub qonşularımızın Avropadan gələn cərəyanların daxildəki şəbəkələri vasitəsilə bizim qalibiyyətimizə şübhə salmaq istəyində olanlar tapılsa da, biz sübut etdik ki, bunların hamısı boş səylərdir. Ancaq irəlidə bizi çox hiyləgər dairələrin informasiya təxribatlarına qarşı mübarizədə gərgin mərhələ gözləyir biz bunun da öhdəsindən rəşadətlə gələcəyik".

Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa, quruculuq işləri sürətlə davam edir. Ölkə başçımızın da daim vurğuladığı kimi, biz Qarabağı dirçəldəcəyik keçmiş məcburi köçkünlər öz doğma dədə-baba yurdlarına tez bir zamanda qovuşacaqlar.

Töhfə SƏMƏDOVA,

"Respublika".