Ulu öndərə həsr olunmuş konfrans
Region

Ulu öndərə həsr olunmuş konfrans

Şirvan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə Şirvan şəhərinin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildirdilər. “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirildi və sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqın adamı” sənədli filmi nümayiş etdirildi.Konfransda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu öndər Heydər Əliyevin fəaliyyəti, siyasi irsi haqqında geniş məruzə ilə çıxışında bildirdi ki, Azərbaycanın bugünkü uğurları Ulu Öndərin siyasi irsi ilə əsası qoyulan milli inkişaf strategiyasının nəticəsidir. Bu irs çətin sınaqlar qarşısında xalqının milli-mənəvi dəyərlərini qoruyan ən ali meyardır.

Çıxışında AzTU-nun rektoru Vilayət Vəliyev Ulu təhsilə, xüsusilə də ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğısı, müəllim əməyinə verdiyi qiyməti xüsusi vurğuladı. Növbəti istiqamət kimi Ulu Öndərin sənayeləşmə siyasəti diqqətə çatdırıldı. Rektor qeyd etdi ki, bugünkü iqtisadi uğurların təməlində məhz Heydər Əliyevin sənayeləşmə siyasəti dayanır.

Sonra çıxış edənlər Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan və onunla bağlı xatirələrindən söz açdılar.

Tofiq HÜSEYN,

“Respublika”.