YAŞIL DƏHLİZ: Avropaya açılan yeni pəncərə
Siyasət

YAŞIL DƏHLİZ: Avropaya açılan yeni pəncərə

Müasir dünyamızın tələblərinə adekvat cavab vermək Azərbaycanın əsas hədəflərindən biridir. Bu gün dünyada baş verən iqlim dəyişkənliyi, atmosfer qatının həddən artıq çirklənməsi enerji sahəsində yeni islahatların aparılmasını zəruri edir. Artıq bir çox inkişaf etmiş ölkələr - xüsusilə qərb coğrafiyası ənənəvi enerji mənbələrindən istifadəni azaldaraq, yaşıl enerji istehlakına üstünlük verir. Məlum olduğu kimi, Azərbaycan neft qaz ehtiyatları ilə olduqca zəngindir ölkəyə gələn əsas maliyyə axını bu istiqamətdə formalaşır. Buna baxmayaraq, dövlət başçısının tapşırıqlarına əsasən bu sahədə islahatlar həyata keçirilir.

2022-ci il dekabrın 17- Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. İmzalanmış Saziş bərpaolunan enerjinin inkişafına ixracına böyük töhfələr verəcək. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iştirak ediblər. Anlaşmaya əsasən, Rumıniya ilə Azərbaycan arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutulur. Bununla da Xəzər dənizindən hidrogen qaynaqlarından əldə olunan təmiz enerji Avropa İttifaqına nəql olunacaq. Hələlik heyət nisbətən kiçik olsa da gələcək illərdə ölkələrin sayının artırılması istisna edilmir.

Avropanın astanasında hökm sürən müharibə nəticəsində ittifaqın yeni tərəfdaş axtarışına çıxması Azərbaycanla münasibətləri daha da istiləşdirib. Sözügedən müqavilənin imzalanmasından sonra Avropa Komissiyası Sazişlə bağlı münasibət bildirərək açıqlamada -nin Cənubi Qafqazdakı tərəfdaşlığını inkişaf etdirəcəyini hər iki regiona təmiz enerji keçidində kömək edəcəyini, eyni zamanda, təchizat təhlükəsizliyini artıracağını bəyan edib.

Son illər Azərbaycanın enerji siyasətində yaşıl enerji mühüm hissəyə çevrilib. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" ölkəmizdə yaşıl enerji istehsalının genişləndirilməsi məsələsi xüsusi yer alıb. Məqsəd odur ki, ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Azərbaycanın zəngin iqlim resurslarına malik olması onun bərpaolunan enerji sahəsində böyük potensial yaradıb. Həmçinin İkinci Qarabağ müharibəsində qazandığımız zəfərdən sonra işğaldan azad olunmuş torpaqlar da təmiz enerjinin istehsalı üçün böyük təkan olacaq. Belə ki, ilkin hesablamalara görə bu torpaqlarda 10 qiqavata yaxın yaşıl enerji potensialı, həmçinin Xəzər dənizində külək enerjisindən 157 qiqavat, quruda isə külək günəş enerjisindən 27 qiqavata qədər bərpaolunan enerji istehsalı qabiliyyəti var. Naxçıvan Muxtar Respublikasında 500 meqavatlıq günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar aparılır.

2023- il fevralın 3- "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı mərasimi keçirilmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimindəki nitqində yaşıl enerjinin istehsalı nəqli sahəsində imzalanan Sazişə münasibət bildirərək qeyd etmişdi ki, Azərbaycan, Gürcüstan, Macarıstan Rumıniya arasında imzalanan anlaşma səylərimiz üçün əlavə əməkdaşlıq imkanı yaradacaq, enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq bu, vacib hadisədir.

"Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə isə planımızı mərhələli şəkildə Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır", - deyərək vurğulayan dövlət başçısı əminliklə bildirmişdi ki, Rumıniya Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaqdır.

Bununla da Azərbaycan uğurlu enerji siyasəti ilə Avropaya yeni pəncərə olan yaşıl dəhlizi açmış oldu. Buna görə dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdır ölkəmizə investisiya yatırmaqda böyük həvəs göstərirlər. Bunun əsas səbəblərindən biri sərhədlərimiz daxilində sabitliyin hökm sürməsi əsas ixrac bazarımız olan Avropaya çıxışımızı təmin edən qonşu dövlətlərlə münasibətlərin yaxşı olmasıdır.

 

Musa BAĞIRLI,

"Respublika".