Zəfər salnaməsinin ilkin müjdəsi
Siyasət

Zəfər salnaməsinin ilkin müjdəsi

Aprel döyüşləri ordumuzun gücünü, dövlətimizin qüdrətini xalqımızın həmrəyliyini nümayiş etdirdi

Hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan Aprel döyüşlərindən yeddi il keçir. Prezident İlham Əliyev rəsmi "Facebook" səhifəsində Aprel döyüşləri ilə əlaqəli paylaşımında qeyd edib: "Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi".

2016- il aprelin ilk günlərində cəbhə xəttində vəziyyətin kəskinləşməsi nəticəsində atəşkəs pozuldu. Atəşkəs imzalandığı 24 il ərzində atışmalar baş versə , gərginlik bu səviyyəyə çatmamışdı. Ermənistan silahlı birləşmələrinin martın sonlarında ordumuzun mövqelərinə, kənd qəsəbələrimizə artilleriya silahlarından ağır zərbələr endirməsi cavabsız qala bilməzdi. Yaşayış məntəqələrimizi atəş altında saxlayan yüksəkliklərdəki düşmən mövqelərini birdəfəlik susdurmaq üçün ordumuzun bölmələri aprelin ilk günlərində hərəkətə keçdi. Cəsur Azərbaycan oğulları Tərtər, Goranboy Füzuli rayonları istiqamətində düşmənin işğal etdiyi ərazilərimizdə atəşkəs dövründə durmadan möhkəmləndirdiyi keçilməz hesab etdiyi ön xətt mövqelərini qısa bir vaxtda yarmağı bacardılar erməni hərbi birləşmələrini qaçmağa vadar etdilər. Müasir qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaqla strateji əhəmiyyətə malik bir neçə yüksəklik yaşayış məntəqəsini, o cümlədən Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımızı tam azad etdi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Ordumuzun nəzarəti altına keçdi. Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilmiş ərazilərin, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini gücləndirdi.

Bu döyüşlərdə Azərbaycanın zabit, gizir əsgərləri əsl cəsarət igidlik nümunələri göstərdilər. Zabit əsgərlərimizin hər biri cəbhədə, sözün həqiqi mənasında, mətanət, dözümlülük, qələbə əzmi nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşərkən demişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir".

Döyüşlərdən sonra Silahlı Qüvvələrimizin bölmələri azad etdikləri yüksəkliklərdə qısa zamanda möhkəmlənməyi bacardılar. Düşmən həmin əraziləri qaytarmağa qədər cəhd göstərsə , buna nail ola bilmədi, itkilər verərək geri çəkilməyə məcbur oldu. Döyüşçülərimizin apardığı mühəndis-istehkam işləri həmin mövqeləri alınmaz qalaya çevirdi.

Aprel döyüşləri beynəlxalq ictimaiyyət üçün bir mesaj oldu ki, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq. Sübut etdik ki, Azərbaycan öz torpaqlarını qaytarmağa qadirdir. Aprel döyüşləri qəhrəman Azərbaycan əsgərinin öz torpaqlarını işğaldan azad etmək üçün hər zaman döyüşə hazır olduğunu göstərdi. Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu.

4 günlük Aprel döyüşləri 44 günlük müharibənin, Ermənistan ordusunun darmadağın edilməsinin əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan havadarları tərəfindən təbliğ edilən mifi dağıtdı. Bu döyüşlər xalqımızın ürəyinin Qarabağ ilə bir vurduğunu dünyaya bir daha bəyan edərək, bütün xalqımızın savaşa hər an hazır olduğunu göstərdi. Nəhayət, 2020-ci il sentyabr ayının 27- başlanan Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Silahlı Qüvvələrin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli 4 üzvü 3- dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü general-mayor ali hərbi rütbəsi ilə mükafatlandırılıb. Bu gün hər bir azərbaycanlı yeddi il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır.

Mustafa KAMAL,

"Respublika".