Zərifə xanım Əliyeva həm övlad, həm həyat yoldaşı, həm də Ana adlarını şərəflə daşıyıb
Sosial həyat

Zərifə xanım Əliyeva həm övlad, həm həyat yoldaşı, həm də Ana adlarını şərəflə daşıyıb

Bütün mənalı şərəfli ömrünü tibb elminin inkişafına həsr edən görkəmli alim Zərifə xanım Əliyeva bu sahənin inkişafına qiymətli töhfələr verib. Onun elmə gətirdiyi yeniliklər, ağır xəstəliklərlə effektiv mübarizəsi yalnız oftalmologiya elmi üçün yox, ümumilikdə respublika səhiyyəsi üçün əhəmiyyətli idi. Zərifə xanımın hələ ötən əsrin qırxıncı illərində geniş yayılan traxoma infeksion xəstəliyinə qarşı mübarizənin təşkilində müstəsna xidmətləri olub. O, bilavasitə xəstəliyin daha geniş vüsət aldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, müalicə yollarını izah edir, maarifləndirici tövsiyələr verirdi. Öz peşəsini dərindən sevən, insanların sağlamlığını özünün əsas amalı hesab edən Zərifə xanım traxomanın sosial xəstəlik kimi ləğv olunmasına nail olur. Məhz onun təklif etdiyi müalicə üsulu qısa zamanda bütün respublikada tətbiq edilir, nəticədə ölkəmiz bu xəstəlikdən qurtulur.

Böyük mənəviyyat sahibi olan Zərifə xanım həkimlik fəaliyyəti ərzində şəfalı əlləri ilə yüzlərlə cərrahiyyə əməliyyatları həyata keçirib, xəstələrə dəyərli məsləhətlər verib. Onun səmərəli fəaliyyəti təkcə çalışdığı klinika ilə məhdudlaşmırdı. Eləcə təkmilləşdirmə kurslarının iştirakçıları ilə pedaqoji aparır, göz xəstəlikləri ilə mübarizənin yollarını öyrədirdi. Alimin traxoma qlaukoma xəstəlikləri ilə bağlı apardığı elmi-tədqiqat işləri gənc həkimlər tərəfindən maraqla izlənir, həmçinin klinik göz xəstəliyi sahəsində çalışan həkimlər üçün dəyərli vəsaitə çevrilir. Zərifə xanım Əliyeva hər zaman dərin biliyi, insani keyfiyyətləri, nümunəvi davranışları ilə çalışdığı elmi tibbi müəssisələrin kollektivləri, elm adamları, ictimaiyyət nümayəndələri arasında böyük nüfuz sahibi olub. O, 150- yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik dərs vəsaitlərinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi həmmüəllifidir. Bütün bunlar həm keçmiş SSRİ, həm Azərbaycan tibb elmi üçün qiymətli sərvətlərdir. Heç təsadüfi deyil ki, Zərifə xanım 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Həm Zərifə xanım bu mükafatı alan ilk qadın olmuşdur".

Zərifə xanımın, həmçinin səhiyyə sahəsində kadr hazırlığında həkimlərin təkmilləşdirilməsində böyük zəhməti var. Onun bilavasitə rəhbərliyi ilə gənc alimlərin həkim-oftalmoloqların böyük bir ordusu yetişmişdir ki, bu gün onlar ölkəmizin tibb sahəsində önəmli fəaliyyət göstərir, minlərlə insanımıza şəfa verir, elmi nailiyyətlərə imza atırlar. Həmin həkimlər hələ Zərifə xanımın onların üzərində olan əməyindən məmnuniyyətlə bəhs edirlər. Zərifə xanım seçdiyi peşəsini dərindən sevib, gərgin işdən usanmayıb, ürəklə əzmlə çalışıb. Fədakarlığı, vətəndaşlıq məsuliyyəti, səmimiliyi qayğıkeşliyi ilə böyük hörmət sahibi olub.

Zərifə xanım öz peşəsini sevdiyi kimi, ailəsinə son dərəcə bağlı olub, ailə dəyərlərini hər zaman uca tutub. Ömür-gün yoldaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə daim dayaq durub, onu böyük məhəbbətlə sevib. O, ailə davranışları, həyat yoldaşına olan böyük hörməti sevgisi ilə Azərbaycan ailələrinə qiymətli nümunə olub. Görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, qüdrətli dövlətimizin müzəffər rəhbəri cənab İlham Əliyevin anası Zərifə xanım həm övlad, həm həyat yoldaşı, həm ana adlarını şərəflə daşıyıb, Azərbaycan qadınının adını zirvələrə ucaldıb. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri, Milli Məclisin deputatı.