Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Biz öz daxili siyasətimizdə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də, Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin.

 

Mən Prezident Heydər Əliyevin qonağı kimi Azərbaycana rəsmi səfər etmişdim. Onun əzab çəkən və acınacaqlı vəziyyətdə yaşayan qaçqınları sevərək, onlara qayğı ilə xidmət etdiyini lap yaxından gördüm. Mən həm də Azərbaycanın yenidən qurulması üçün atılan addımları gördüm. Heydər Əliyev əvvəl Sovet İttifaqı rəhbərliyində olarkən, sonra isə müstəqillik zamanı xalqına uzun müddət xidmət etmişdir.

Faruk ƏHMƏD XAN LEQARİ,

Pakistan İslam Respublikasının sabiq prezidenti.

 

Heydər Əlirza oğlu Əliyevin bütün həyat yolu Vətənə və xalqa fədakarcasına xidmətə həsr edilmişdir. Onun dövlət müdrikliyi və uzaqgörənliyi Qafqazda sülh yaratmağa və bu bərəkətli torpaqlara müharibənin bir daha gəlməyəcəyinə inanmağa imkan verdi. Respublikada sabitlik və müstəqil Azərbaycanın tərəqqiyə doğru yolunun başlanması məhz onun adı ilə bağlıdır. Sovet İttifaqının rəhbərlərindən biri kimi, o, burada məskunlaşmış xalqların həyatının yaxşılaşması üçün çox qüvvə sərf etmişdir.

Vladimir RUŞAYLO,

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının

sabiq katibi.

 

Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər.

Vladimir VORONİN,

Moldova Respublikasının sabiq prezidenti.

 

Heydər Əlirza oğlu qeyri-adi, genişmiqyaslı insan, ən görkəmli siyasətçilərdən biri idi. O, prinsipiallığı, yüksək vətəndaş mövqeyi, siyasi müdrikliyi, cəsarətliliyi və son dərəcə alicənablığı ilə həmişə fərqlənirdi. Bu keyfiyyətlər onu hətta yaxından tanımayan adamlarda da ona daim hörmət hissi doğururdu.

Murad ZYAZİKOV,

İnquşetiya Respublikasının sabiq prezidenti.

 

 

Qardaş və dost Azərbaycanın firavanlıq və sabitlik şəraitində yaşayan bir ölkə olması üçün böyük xidmətlər göstərən Heydər Əliyevin müdrik rəhbərliyi türk dünyası, bütün beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Azərbaycanın yetirdiyi böyük dövlət adamı Heydər Əliyev ölkələrimiz arasında müştərək tarix və mədəniyyətə əsaslanan əlaqələrin inkişafına və bununla da qardaşlıq və dostluğumuzun möhkəmlənməsinə böyük töhfə vermişdir.

Bülənd ARINÇ,

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri.

 

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuşdur. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

Herhard ŞRÖDER,

Almaniya Federativ Respublikasının sabiq federal kansleri.

 

Heydər Əlirza oğlu Əliyev Azərbaycanın və keçmiş SSRİ-nin sosial-iqtisadi və mədəni həyatına, həqiqətən, tarixi töhfə vermişdir. Rusiyanın və Azərbaycanın mehriban qonşuluq və qarşılıqlı surətdə faydalı münasibətlərinin yeni tarixi şəraitdə bərpasında onun rolunu, bütün Rusiyada olduğu kimi, Osetiya-Alaniyada da yüksək qiymətləndirirlər. Ən məsul qərarların qəbulu zamanı onun ölçüb-biçilmiş mövqeyi Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə, Müstəqil Dövlətlər Birliyinin təkmilləşməsinə kömək edirdi.

Aleksandr DZASOXOV,

Şimali Osetiya-Alaniya Respublikasının

sabiq prezidenti.

 

 

Suveren dövlətlər kimi Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsi naminə Prezident Heydər Əliyevin yorulmadan çəkdiyi zəhməti və göstərdiyi müdrik dəstəyi Ukraynada xatırlayır və yüksək qiymətləndirirlər. Bu münasibətlər, həqiqətən, Ukrayna və Azərbaycan xalqlarının mənafelərinə xidmət edir.

Vladimir LİTVİN,

Ukrayna AIi Radasının sabiq sədri.