GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ÜLKƏR UCQAR

Ülkər Ucqar (Monirə Əkbərpuryan) 1985-ci ildə Təbriz şəhərində anadan olub. Burada fransız dili ədəbiyyatı üzrə ali təhsil alıb.

2011-ci ildə Bakıda "Qanun" nəşriyyatında "Balıqçı əllərinə doğru" adlı ilk şeirlər kitabı nəşr edilib. Onun şeirlərini fərqləndirən başlıca cəhətlər: özünəxas ifadə bacarığı, mövzu çeşidinin genişliyi, Azərbaycan şifahi xalq yaradıcılığı mifoloji qaynaqlardan faydalanmasıdır. Şeirləri Parisdə fransız dilində nəşr olunan jurnallarda dərc olunur. Fransız dilindən fars türk dillərinə tərcümə etdiyi əsərlər Tehranda çap olunub.

Tehranın Beheşti Universitetində "Epik xəyal gücünün araşdırılmasına doğru: Roland haqqında nəğmə Dədə Qorqud kitabı" mövzsunda (fransız dilində) doktorluq dissertasiyası müdafiə edib.

 

Nağıl qadın kimidir

"Getdim" de

özünü , məni qurtar!

Nağılı deməyincə bitməz

yerlə göy arasında

gərgin düşübən qarğayar başlayanını...

 

"Atdım" de

özünü , məni qurtar!

Nağıl yarıcan olanda

asılı qalar

bir ömür, deyəninin dalısınca sürünər,

qiyamət günü

sonunu istər...

 

Nağıl qadın kimidir,

unutqan gözlərini yumsan da,

tanıyar səni!

Unutqan əllərini gizləsən ,

tanıyar səni!

 

"Getdim" de, özünü , məni qurtar...

"Atdım" de, özünü , məni qurtar...

 

QADİR CƏFƏRİ

1986- ildə Muğanda anadan olmuşdur. İlk orta məktəb təhsilini bu şəhərdə başa vurduqdan sonra inşaat mühəndisliyi üzrə ali təhsilini Urmu şəhərində tamamlamışdır. Tələbəlik illərində ciddi şəkildə ədəbi yaradıcılığa başlamış həmin illərdə, şeirləri müxtəlif dərgi, şeir antologiyaları saytlarda çap olunmuşdur.

Ay çıxmazsa

Ay çıxmazsa,

Necə bəzənəcək bu gecə?

Səsin ay işığına calanmış.

Ay çıxmazsa

Tamarzı qalacaq səsinə gecəm.

 

Bu duvardakı tablolar

Ayı göstərirlər, mehriban ayı...

Səsin nədən gecikib xanım?!

 

Bir əlçim baxış pay versən

Bir daha pəncərədən baxmaram

Eşikdə ay əriyir...

 

Folklor xalq həyatının əks-sədasıdır

Oyun uşaqlığın ən əziz parçasıdır onlara inkişafın çox önəmli faydalarını təqdim edir, valideynlərə uşaqları ilə tam şəkildə ünsiyyət qurmaq imkanı verir. Oyun hər birimiz uşaq olarkən başlayır heç vaxt da dayanmır! Oyun oynamağı uşağın gündəlik rejiminə daxil edərək onlara oynamaq üçün zaman ayırmaq hər yaşda gərəklidir. Lakin müasir kompüter televizorlar uşaqların oyun oynamaqdan zövq ala bilmək imkanını azaldıb. Fatimə Bədəlovanın qənaətinə görə, oyun oynamaq öyrənməyin əsas hissəsi olaraq uşaqlara böyükləri yamsılamaqla yeni bacarıqlar əldə etməyə, aktiv zehni məşğuliyyət kimi onların kreativliyini fantaziyalarını inkişaf etdirməyə imkan verir.

Güney mahalında uşaqların oynaya biləcəyi pil dəstə, tor ərəbi, beşdaş, mərdi-mərdi, itdi qusdu, qeyş qapdı, qondum-qondum, pişək keçdi, turna vurdu, təskənd cüt, cola atdı, göydə var, donbalan pistan, gözü bağlı, gizlənqaç, mazalan saldı, naqqıçli, qovalaqaçdı, qeyqaladüzmə, astalan pistan, kufgetmə, dolanbacı yağlı bacı, qeyqala ha qeyqala, döndü yandı, göydə var, göy ulduzu, torpaq beli sındırma, tikan zuğu, naqqıdınlı, pul mızdırma, qonaq bacı, saqqız oyunu, gül oyunu, qondum küsdüm, yumurta çaqqışdırma, məntəş dığırlama, at minmə, aşıq oyunu, qartopu, yumurta oyunu, köşkü balaban... s. kimi çoxlu sayda oyun növləri yaradılmışdır. Hətta uşaqlar anaları ilə barmaqları vasitəsilə oyun oynayırlar. Belə ki, analar uşaqlarının barmaqlarını əllərində tutaraq deyirlər: baş barmaq başala barmaq, uzun hacı kiçik bacı, burda bibbilisi, bu bişirdi, bu düşürdü, bu aşırdı, bu dedi mənim payım hanı? Bu birisi dedi: qaqqala pişik apardı, tumanı düşən apardı...

Hətta Aqşin Ağkəmərli Güney mahalında uşaqların təqlid oyunlarından da bəhs edərək örnəklər gətirir. Onun təqdim etdiyi heyvan quşları təqlid formalarından maraqlı bir mənzərə yaranır. Uşaqların toyuğun yumurtlama prosesi zamanı səs-küy salmasını, qarğaların qarıldamasını müşahidə edərək yamsılaması çox maraqlıdır. Onların dili ilə belə təqdim olunur:

Qaq-qaq-qaq-qaq-qaq

Bir oğlan doğmuşam ağappaq,

İnanmırsan gəl, bax.

Qarğalar qarıldıyanda isə səs-səsə verib deyirlər:

Qarğa deyir qar-qar,

Sərçə deyir zəhrimar,

Qəcələ deyir, işin var?

Uşaqlar xallı böcəyi ovcunun içinə qoyub bir barmağının istiqamətində hərəkət etdirərək səslənirlər:

Əl-ələ, düymə belə,

Mən gedirəm babamgilə,

Babam bizə papuş alar,

Bir cüt sənə, bir cüt mənə,

Qarı nənə, -, bir ...

Beləliklə, bu anda uçub gedən böcək sanki uşaqların istəyini həyata keçirir onlara sevinc duyğuları bəxş edir... Yer bülbülü adlı başqa bir böcək var ki, yerin altında yuva qazır. Uşaqlar bəzən bu böcəklə oynamaq üçün onun yuvasını barmaqla oyar belə deyərlər:

qapını, mən gəldim, bülbül,

qapını, mən gəldim.

Hacıleylək səsini çıxardanda uşaqlar onun yuvasına yaxın toplaşıb deyirlər:

Hacıleylək hacı eşqinə,

Bir damağın şaqqıldat,

On iki imam eşqinə,

Bir damağın şaqqıldat.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.