Yeni kitablar
Sosial həyat

Yeni kitablar

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlisəfa Azayevin "Qarlı zirvə" romanı ulu öndər Heydər Əliyevin ümumxalq məhəbbətini, ölkəsinə, Vətəninə sevgisini əks etdirir. Əsərdə ümummilli liderin keçdiyi keşməkeşli həyat yolundan, şərəfli rəhbərlik dövründən söhbət açılır.

Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinin, gələcəyinin mayakı olmuşdur. Gənclərin mükəmməl təhsil almaları gələcək fəaliyyətlərində ümummilli liderin böyük rolu olmuşdur. Bu baxımdan müəllifin qeyd etdiyi kimi, Heydər Əliyev şəxsiyyəti çoxları kimi, onun da tərcümeyi-halından qızıl xətt tək keçmişdir. Romanda eyni zamanda, böyük şəxsiyyətin Moskvadakı fəaliyyəti ilə yanaşı, tale yolunda qarşılaşdığı hadisələrdən bəhs olunur. Ona qarşı edilən təzyiqlər, təqiblər xain münasibətlər əsərdə öz əksini tapır. 1990- il 20 Yanvar hadisələrində ulu öndərin sovet imperiyasına qarşı mübarizəsi geniş şəkildə verilmişdir.

1993- ilin ağır iyun günlərində xalqına arxa-dayaq olan Heydər Əliyevin misilsiz fəaliyyəti hər bir azərbaycanlının yaddaşındadır. Birinci Qarabağ müharibəsi zamanı - 1994- ilin may ayında düşünülmüş siyasəti nəticəsində atəşkəsə nail olması ilə insanların kütləvi qırğınına son qoymuş, həmçinin dünya dövlətlərinin diqqətini Azərbaycana yönəldə bilmişdir. 1994- ilin sentyabr ayında böyük neft kontraktları bağlamaqla ölkənin iqtisadi inkişafına dirçəlişinə təkan vermişdir. Heydər Əliyev həm Azərbaycanı beynəlxalq aləmdə neft ölkəsi kimi tanıtmışdır.

Qeyd etdiyimiz kimi, əsərdə Heydər Əliyev dühasının Bakıdan başlayan siyasi fəaliyyətinin Moskvada, daha sonra Naxçıvanda yenidən müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində davam etdirməsi geniş, əhatəli bədii şəkildə oxuculara təqdim olunur.

Ramidə YAQUBQIZI,

"Respublika".