DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇAVUŞOĞLU İSRAİL VƏ FƏLƏSTİN RƏHBƏRLİYİ İLƏ KRİTİK MÜZAKİRƏLƏR APARIB

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 8- İsrailin xarici işlər naziri Eli Kohenlə telefon danışığı aparıb. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Çavuşoğlu Türkiyənin İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidindəki son təxribatlarını, həmçinin Qəzza zolağına Livana hava hücumlarının qəbuledilməz olduğunu bildirib.

Eyni zamanda, Çavuşoğlu İsrail təhlükəsizlik qüvvələrinin hərəkətlərinə heç bir bəhanə gətirilə bilməyəcəyini qeyd edərək, bu halların təkrarlanmaması hava hücumlarının yenidən başlamamasının vacibliyinə diqqət çəkib.

Mövlud Çavuşoğlu aprelin 8- həmçinin Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə telefon danışığı aparıb. Danışıqlar zamanı Çavuşoğlu ölkəsinin hər zaman Fələstinin yanında olacağını, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazır olduğunu bir daha vurğulayıb.

Bununla yanaşı, verilən xəbərə görə, İsrail Müdafiə Qüvvələri regionda yaranmış gərginlik fonunda Hərbi Hava Qüvvələrinin ehtiyatda olan hərbçilərini orduya çağırır.

 

İRANIN MÖVCUD REJİMİNDƏN GƏRGİNLİK YARADAN NÖVBƏTİ ADDIM

İranda hökumət əleyhinə etirazlar fonunda ölkə polisi qadınların hicab qaydalarına riayət edib-etməmələrini bilmək üçün küçələrə kameralar yerləşdirir. “Teleqraf.comun verdiyi xəbərə görə, İran polisi kameralar vasitəsilə hicab taxmaq qaydalarını pozduqları müəyyən edilən qadınların cəzalandırılacağını açıqlayıb.

Məlumata əsasən, ölkə polisi həmçinin ictimaiyyəti hicab qaydasını qorumağa çağırıb qaydaya əməl etməyən qadınlara ciddi xəbərdarlıq edib.

Eyni zamanda, açıqlamada bu addımın hicab tələbinə qarşı artan pozuntuların qarşısını almaq məqsədi daşıdığı hicabın ölkənin təməl dəyərlərindən biri olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin ötən ilin sentyabr ayında paytaxt Tehrandaçadrasını düzgün taxmadığısəbəbilə saxlanıldıqdan sonra vəfat etməsi İranda son illərin ən böyük etirazlarına səbəb olub.

 

UKRAYNA QÜVVƏLƏRİ RUSİYA ORDUSUNDAN ÜÇ DƏFƏ AZ MƏRMİ İŞLƏDİR

Ukrayna Silahlı Qüvvələri döyüşlərdə Rusiya ordusundan üç dəfə az mərmi istifadə edir. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəThe Washington Postqəzeti məlumat yayıb.

Bildirilir ki, Ukrayna silahlı qüvvələri köhnə sovet kalibrli mərmi çatışmazlığı ilə üzləşib sursata qənaət etməyə məcburdur. Nəşrdə həmçinin qeyd edilir ki, Rusiya tərəfində sursat çatışmazlığı müşahidə olunur.

Bununla yanaşı, qəzetin məlumatına əsasən, Ukrayna hərbçiləri sursata qənaət etmək üçün çox vaxt kiçik piyada qruplarına deyil, daha çox texnikaya üstünlük verirlər.

Eyni zamanda, verilən xəbərə görəmərmi israfının qarşısını almaq üçün atışlar zamanı dəqiqliyə xüsusi diqqət ayrılır.

 

ŞOTLANDİYADA İCTİMAİ NƏQLİYYATDA MÜHÜM YENİLİK

Şotlandiyada gələn ay sürücüsüz avtobusların xəttə buraxılması nəzərdə tutulub. Bu barədəTRTtelekanalıRöytersagentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, mayın 15-dən etibarən Edinburq sakinlərinə xidmət göstərəcək bu nəqliyyat vasitələri ilkin mərhələdə 22 kilometr uzunluğunda marşrutla hərəkət edəcək.

Məlumata əsasən, beş ədəd birmərtəbəli avtonom avtobus həftədə təxminən 10 min sərnişin daşımaq qabiliyyətinə malik olacaq. Hazırda sürücüsüz avtobusların sınaq yürüşləri keçirilir.

Avtobusların idarəetmə panelində əvvəlcədən seçilmiş yollarda saatda 80 kilometr sürətlə hərəkət etməyə imkan verən sensorlar quraşdırılıb. Həmçinin onlarda texnologiyaya nəzarət edəcək təhlükəsizlik əməkdaşı oturacaq sərnişinlərə avtobusa minmək bilet almağa kömək edəcək.

Bununla yanaşı, Böyük Britaniya hökuməti bildirib ki, sürücüsüz avtobuslar üzrə sözügedən layihə dünyada ilk tam ölçülü, özü idarə olunan ictimai avtobus xidməti olacaq.

 

ABŞ 154 RAKET DAŞIYAN SUALTI QAYIĞI İRAN SAHİLLƏRİNƏ GÖNDƏRİB

ABŞ-ın nüvə enerjisi ilə idarə olunan raket sualtı gəmisi Bəhreyndə yerləşən Beşinci Donanmaya dəstək məqsədilə Yaxın Şərqdə fəaliyyətə başlayıb. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumatda qeyd olunur.

Bununla yanaşı, donanmanın komandiri Timoti HokinsUSS Floridagəmisinin aprelin 6-da bölgəyə daxil olduğunu Süveyş kanalından keçdiyini açıqlayıb.

Gəmi 154-ə qədərTomahawkquru əməliyyatları üçün nəzərdə tutulmuş qanadlı raketləri daşımağa qadirdir regional dəniz təhlükəsizliyini, eləcə sabitliyini təmin etmək üçün ABŞ-ın Beşinci Donanmasın silahlanmasına verilib”, - deyə T.Hokins vurğulayıb.

Məlumata əsasən, ABŞ-ın bu addımının son zamanlarda İsrail digər bölgə ölkələrinə təhdidlərini artıran İrana qarşı həmlə olduğu güman edilir. İran rejimi bu dövlələrlə yanaşı, Suriyada dəstəklədiyi terrorçu qüvvələrlə ABŞ-ın bu ölkədəki hərbi bazalarını da tez-tez hədəfə alır.

 

HİNDİSTAN BEŞİNCİ NƏSİL QIRICILAR İSTEHSAL ETMƏYİ PLANLAŞDIRIR

Hindistan beşinci nəsil qırıcı təyyarənin dizaynını tamamlayıb dörd ildən sonra onun ilk prototipi yaratmağı planlaşdırır. Bu barədəReportagentliyiThe Times of Indianəşrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, döyüş təyyarəsinin hazırlanması baş nazir Narendra Modinin rəhbərlik etdiyi Təhlükəsizlik Komitəsi tərəfindən təsdiqlənməlidir. Qırıcının hazırlanması ilə bağlı layihə artıq komitəyə göndərilib.

Verilən xəbərə əsasən, layihədə yeni təyyarənin beş prototipinin yaradılması, uçuş sınaqları sertifikatlaşdırılması nəzərdə tutulur. Bu işi Hindistan Müdafiə Araşdırmaları İnkişafı Təşkilatı görməlidir. Layihənin dəyəri 1,8 milyard dollar qiymətləndirilir.

Qeyd edilir ki, sözügedən layihə təsdiqlənərsə, təyyarələrin seriyalı istehsalının yalnız altı ildən sonraya planlaşdırılır.

 

ABŞ AVROPA ŞİRKƏTLƏRİNİ RUSİYA BAZARINDAN ÇIXARMAQ İSTƏYİR

ABŞ Maliyyə Nazirliyi sanksiyalara terrorizmin maliyyələşdirilməsinə nəzarət üzrə mütəxəssisləri Avropaya göndərərək, şirkətləri Rusiya bazarından çıxmağa inandırmağa çalışacaq. Bu barədəReportagentliyAssoşieyted Pressə istinadən məlumat yayıb.

Nazirliyin rəsmiləri Liz Rozenberq Brayan Nelson Rusiya ilə hələ aparan şirkətləri Ukraynaya qarşı davam edən müharibə səbəbindən rəsmi Moskva ilə maliyyə əlaqələrini dayandırmağa inandırmaq üçün bir sıra Avropa ölkələrinə səfər etməyi planlaşdırır.

Eyni zamanda, mütəxəssislər İsveçrə, İtaliya Almaniyanın maliyyə qurumlarının rəhbərləri ilə görüşəcəklər.

Nümayəndələr qarşı tərəfə sanksiyalardan yayınan potensial şəxslər haqqında məlumatları paylaşmağı müəyyən edilmiş beynəlxalq məhdudiyyətlərə əməl etməməyə görə mümkün cəzalar barədə xəbərdarlıq etməyi planlaşdırırlar.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.