İsrailin baş naziri xəstəxanadan evə buraxıldı
Dünya xəbərləri

İsrailin baş naziri xəstəxanadan evə buraxıldı

İsrailin Baş naziri Benyamin Netanyahuya ürək stimulyatoru quraşdırıldıqdan sonra bu gün Tel Haşomer xəstəxanasındakı Şeba Tibb Mərkəzindən evə buraxılıb. 

"Respublika" xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb. 

Qeyd edək ki, baş nazir iyulun 22-də xəstəxanaya yerləşdirilib, kardiostimulyator quraşdırma əməliyyatı iyulun 23-nə keçən gecə həyata keçirilib. Səhhəti ilə əlaqədar onun Türkiyə və Kiprə səfəri də təxirə salınıb.

Nəzrin ELDARQIZI,

"Respublika".