Qanvermə aksiyası
Digər xəbərlər

Qanvermə aksiyası

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərsu” ASC-də qanvermə aksiyası keçirilib. Bu barədə Agentliyin məlumatında bildirilir. Aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədilə təşkil olunub.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb və sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.

Qanvermə aksiyasında idarə və müəssisələrdə çalışan əməkdaşlar fəal iştirak edib. Donorlar irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıblar. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin  müalicəsində istifadə olunacaq.

                                                                                                            “Respublika”.