Zimbabvenin hazırkı prezidenti ikinci müddətə yenidən seçilib
Dünya xəbərləri

Zimbabvenin hazırkı prezidenti ikinci müddətə yenidən seçilib

Zimbabvenin hazırkı prezident Emmerson Mnanqaqva seçkilərdə ikinci müddətə yenidən seçilib. 

"Respublika" xəbər verir ki, bu barədə Zimbabvenin Seçki Komissiyası məlumat yayıb.

Komissiyanın məlumatına görə, E.Mnanqaqva səslərin hesablanması nəticəsində 52,6 faiz, onun əsas rəqibi Nelson Çamisa isə 44 faiz səs toplayıb.