Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Digər xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Oktyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci, 27 saylı Sabunçu ikinci, 29 saylı Sabunçu dördüncü, 35 saylı Xətai üçüncü və 50 saylı Abşeron üçüncü seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub.

Media nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin cari məsələlərə baxılıb.