Meta yeni nəsil süni intellekt çipini təqdim etdi
Maraqlı

Meta yeni nəsil süni intellekt çipini təqdim etdi

Metanın verdiyi məlumata görə, son versiya MTIA-nın ilk versiyası ilə müqayisədə performansında əhəmiyyətli yaxşılaşmalar olduğunu göstərir.

"Respublika" "Sabah"a istinadən xəbər verir ki, açıqlamada MTIA-nın şirkətin süni intellekt infrastrukturuna sərf etdiyi artan sərmayəsinin bir hissəsi olduğu qeyd edilib, çip ailəsinin Meta-nın məhsul və xidmətlərində yeni, daha yaxşı təcrübələr təqdim etmək üçün mövcud və gələcək süni intellekt infrastrukturunu tamamlayacağı vurğulanıb.

Röya RÜSTƏMLİ,

"Respublika".