Yeni Fransa qanunlarına görə, inəklərin səsi şikayət üçün əsas deyil
Digər xəbərlər

Yeni Fransa qanunlarına görə, inəklərin səsi şikayət üçün əsas deyil

Qanunda deyilir ki, mövcud bir fermaya, mağazaya, Bara və ya restorana yaxın yaşamağı seçən insanlar səs-küydən şikayət edə bilməzlər.

"Respublika" xəbər verir ki, Fransa parlamenti hər il narazı qonşuların, əsasən şəhərlərdən yeni gələn insanların mənasız şikayətlərinə son qoymaq üçün bu qanunu qəbul edib.

Qeyd edək ki, Fransanın kəndlərinə köçməyi düşünən və xoruzların, traktorların səsi və ya Peyin qoxusu ilə oyanmağa etiraz edən hər kəs bundan sonra əvvəlki yaşayış ünvanına geri qayıtmalı olacaq. 

Xatırladaq ki, qanun təklifini ötən ədliyyə naziri Erik Dupont - Moretti vermiş və parlamentdəki çıxışında: "Böyük şəhərlərə köçənlər onları hər cür ərzaqla təmin edən kəndlilərin həyat tərzlərini dəyişdirmələrini tələb edə bilməzlər " deyib.