Asiya Çempionlar Liqasının yarımfinal oyunu təxirə salınıb
Dünya xəbərləri

Asiya Çempionlar Liqasının yarımfinal oyunu təxirə salınıb

Asiya Çempionlar Liqasının yarımfinal mərhələsinin “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) oyunu təxirə salınıb.

"Respublika" xəbər verir ki, buna səbəb Dubayda daşqınların baş verməsidir. 

Bunu nəzərə alan Asiya Futbol Konfederasiyası qarşılaşmanın aprelin 17-nə təxirə salınmasını qərara alıb. Qeyd edək ki, yarımfinalın digər cütündə isə Cənubi Koreyanın “Ulsan” və Yaponiyanın “Yokohama” komandaları üz-üzə gələcəklər.