10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Digər xəbərlər

10 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Aprelin 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqramdan artıq heroin, 7,7 kiloqrama yaxın marixuana, 640 qramdan çox metamfetamin, həmçinin 302 metadon həbi olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.