Xankəndidə silah-sursat aşkarlanıb
Digər xəbərlər

Xankəndidə silah-sursat aşkarlanıb

Polis əməkdaşları Xankəndidə qumbara və avtomatlar tapıblar.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.