İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
Dünya xəbərləri

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

İsrail Qəzza sektoruna humanitar yardımın çatdırılması üçün əsas istiqamətlərdən biri olan Kerem-Şalom keçid məntəqəsini yenidən açıb. SAXAL mayın 5-də HƏMAS hərəkatının hücumu nəticəsində dörd əsgərin ölümündən sonra həmin sərhəd-keçid məntəqəsini bağlamışdı.

"Respublika" xəbər verir ki, Misirdən humanitar yardım daşıyan yük maşınları Qəzza sektoruna daxil olmaq üçün artıq yoxlamadan keçib.

BMT bir gün öncə İsrail ordusunun Rəfah nəzarət-buraxılış məntəqəsini ələ keçirməsindən sonra humanitar yardımın çatdırılması üçün “iki əsas arteriya”nın – Rəfah və Kerem-Şalom keçid məntəqələrinin bağlandığını və Qəzza sektorunun cənubundakı fələstinlilərə humanitar yardımın göstərilməsinin mümkün olmadığını bildirmişdi.