ABŞ-da iki nəfərlik təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb
Dünya xəbərləri

ABŞ-da iki nəfərlik təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb

Birləşmiş Ştatların Vaşinqton ştatında iki nəfərlik təyyarənin gölə düşməsi nəticəsində bir nəfər ölüb.

"Respublika" xəbər verir ki, bu barədə “The Seattle Times” məlumat yayıb.

Təyyarədə olan ikinci şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd olunub ki, qəza təyyarə gölün üzərindən havaya qalxdıqdan dərhal sonra baş verib.