ABŞ Yaponiyanı “Çin sualtı qayıqlarının ovuna” qatılmağa çağırıb
Dünya xəbərləri

ABŞ Yaponiyanı “Çin sualtı qayıqlarının ovuna” qatılmağa çağırıb

“ABŞ Çinin Tayvana mümkün hücumundan ehtiyat edir və bu səbəbdən də bir sıra ssenarilər hazırlayıb. Həmin ssenarilərin hazırlanmasında Yaponiya da iştirak edib”.

"Respublika" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə ABŞ Yaponiyanı “Çin sualtı qayıqlarının ovuna” qatılmağa çağırıb. Lakin indiyədək Vaşinqton Tokionun razılığını ala bilməyib. Buna baxmayaraq ABŞ və Yaponiya bir sıra məsələlərdə razılığa gəliblər. Qeyd olunur ki, Yaponiya ehtiyac olacağı təqdirdə, ABŞ ordusuna yanacaq və digər materiallar verməklə, onlara dəstək olmağa hazırdır.