Rusiya Aya missiya göndərəcək
Dünya xəbərləri

Rusiya Aya missiya göndərəcək

Rusiya  Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində avqustun 11-də ölkənin uzaq şərqindəki bir qəsəbəni boşaldacaq.

"Respublika" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, 1976-cı ildən bəri ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində “Lunar-25” eniş aparatı Moskvadan təxminən 5550 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan buraxılacaq.

Kosmik gəminin buraxılacağı ərazidən cənub-qərbdə yerləşən, Rusiyanın Xabarovsk vilayətindəki Şaxtinski yaşayış bölgəsində yaşayan sakinlər avqustun 11-də səhər saatlarında ərazidən təxliyə ediləcəklər. Belə ki, raket sürətləndiricilərin cihazdan qopduqları zaman məhz bu əraziyə düşəcəyi ehtimal edilir.

Qeyd edək ki, “Lunar-25” Ayın cənub qütbünə enən ilk cihaz olacaq. Cihazın Ay səthində bir il qalacağı gözlənilir.

Nəzrin ELDARQIZI,

"Respublika".