Adı qondarma bədnam qonşumuz
Digər xəbərlər

Adı qondarma bədnam qonşumuz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə maraqlı fikirlər söyləmişdir. Dövlət başçısı bildirmişdir ki, onların böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri daha dolğun tədqiqatlar aparsınlar.

Tarix üzrə fəlsəfə doktoru, Cəbi Bəhramov dövlət başçısının fikirlərini şərh edərək deyib: "İndiki Ermənistanın ermənilər tərəfindən Hayastan adlandırılması təbiidir. Çünki bunlar özlərini ana dillərində hay adlandırırlar. Cənab Prezident İlham Əliyevin Xocavənddə etdiyi çıxış tarixi həqiqəti əks etdirir. Məsələ ondan ibarətdir ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan deyilən bir dövlət olmayıb. O vaxta qədər ki, 1918-ci ilin may ayında Cənubi Qafqazda üç müstəqil dövlət meydana gəldi onlardan biri Ermənistan dövləti oldu. Hətta onlar o vaxt belə, bu dövlətin adını Ararat adlandırırdılar. Hayastanı sonradan əlavə etdilər. Qeyd etdiyim kimi, özlərini bu cür adlandırmaları təbiidir. Necə ki, yunanlar ana dillərində özlərini "ellada" adlandırsalar da, türklər bizlər onlara yunan deyirik. Yaxud da çinlilər özlərini "çin" adlandırdıqları halda, ingilislar  onlara "çayna", ruslar isə "kitay" deyirlərLakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Cənubi Qafqazda 1918-ci ilin mayına qədər Ermənistan yaxud da Hayastan adında dövlət olmayıb". Yalnız 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qəbul etdiyi yanlış qərara əsasən İrəvan şəhəri onun ətrafındakı 9 min kvadratkilometr ərazi qeyri-qanuni olaraq Azərbaycan xalqının fikri soruşulmadan ermənilərə güzəşt edildiyini söyləyən Cəbi Bəhramov əlavə olaraq bildirib ki, bundan sonra həmin ərazini Ermənistan respublikası adlandırırdılar. Ermənistan sözünün qarşısında Ararat yazılırdı. Tarixi xəritələrin hamısına baxanda, Ermənistan deyilən bir əraziyə rast gəlinməyəcəkDoğrudur, Rusiya Qərb tarixşünaslığında qəsdən, xüsusilə XIX-XX əsrlərdə xəritələrin bir çoxunu saxtalaşdıraraq xəritənin üzərində Türkiyənin Şərqi Anadolu ərazisini Ermənistan kimi qeyd ediblər. Bunu da tarixi mənbələrə istinadən araşdıranda məlum olur ki, ermənilər başqa etnik qruplar kimi Türkiyə Bizans ərazisində yaşayıblar, amma bu ərazilər heç vaxt Ermənistan deyə adlandırılmayıbOna görə cənab Prezidentin bu fikirlərinin həm tarixi, həm hüquqi  əsası vardır. Bu ad qondarma bir addır, bunun davamı nəticəsi olaraq bu ərazidə dövlət qurduqdan sonra buranın toponimikasını dəyişiblər.

Musa BAĞIRLI,

"Respublika".