DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş tədbir
Digər xəbərlər

DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş tədbir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Respublika”ya verilən məlumata görə, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ölkəmizdə son illər aparılan sosial islahatların mühüm uğurlarından biridir. DOST konsepsiyası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsüdür və bu konsepsiya unikal bir layihə olmaqla 15 istiqamət üzrə 159 sosial xidməti “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim etməyə imkan verib.

Qeyd olunub ki, ötən dövrdə 7 DOST Mərkəzi (o cümlədən bu il avqustun 7-də Qarabağ Regional DOST Mərkəzi) və Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi açılıb. DOST mərkəzlərində indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faizdir.

DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada da yüksək qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, Agentlik ötən müddətdə 13 beynəlxalq mükafat və sertifikata layiq görülüb. 2025-ci ilədək DOST mərkəzlərin sayının 17-yə çatdırılması, həmçinin 55 filialın yaradılması nəzərdə tutulub.

Mustafa KAMAL,

“Respublika”.