Ağır Atletika üzrə dünya çempionatı Ermənistanda keçirilməyəcək
İdman

Ağır Atletika üzrə dünya çempionatı Ermənistanda keçirilməyəcək

Azərbaycan bayrağının yandırılması ilə bağlı qərar verildi. Dünya çempionatı İrəvandan alındı. Beynəlxalq Ağır Atletika Federasiyası ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə əlaqədar  belə qərar verib. 12 iyun “ASAN radio”nun məlumatında bildirilir.

Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov deyib ki, bayrağımıza qarşı bu hərəkətin cəzası da olmalı idi: “İlk gündən beynəlxalq nüfuzlu təşkilat və federasiyalara məktublar yazdıq, təmaslar qurduq, işin həm mənəvi, həm də hüquqi tərəfinə reaksiya verilməsini, ermənilərin bu addımının pislənilməsi üçün çalışdıq. İlk mərhələdə qitə, sonra da dünya çempionatı üçün hazırlıq görən Ermənistan, bu istiqamətdə xeyli iş görmüşdü. Ancaq qarşılarına çıxıb bu planlarını poza bildik”.

 

“Respublika”.