Aİ Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsində ABŞ-a dəstək verəcək
Dünya xəbərləri

Aİ Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsində ABŞ-a dəstək verəcək

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel  ABŞ-ın rəhbərlik etdiyi Qırmızı dənizdəki "ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək" missiyasını dəstəkləyəcəklərini söyləyib.

“Respublika” xəbər verir ki, bu barədə Borrell X sosial media platformasında məlumat yayıb. O, bildirib ki, Avropa İttifaqına (Aİ) üzv ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın “Prosperity Guardian” əməliyyatında iştirak etmək qərarına gəlib.

“Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə gəmilərin hərəkətinə təhlükə yaradır. Aİ-nin daimi nümayəndələrinin bugünkü fövqəladə iclasında üzv dövlətlər ABŞ-ın keçirəcəyi əməliyyata töhfə verməyə razılaşdılar”, - Aİ diplomatiyasının rəhbəri qeyd edib.

Musa Bağırlı,

“Respublika”.