Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb
Dünya xəbərləri

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Yardım paketinə pilotsuz təyyarələr və artilleriya mərmiləri də daxildir. 

"Respublika" xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. 

Siyahıya, həmçinin minatəmizləmə maşını, 155 millimetr kalibrli altı min mərmi, 16 vektor kəşfiyyat aparatı, 30 RQ-35 “Heidrun” kəşfiyyat pilotsuz təyyarəsi, 30 dəst dron əleyhinə avadanlıq, 11 mobil minatəmizləmə sistemi də daxildir.