Aqrar islahatlar dinamik inkişafı sürətləndirir
İQTİSADİYYAT

Aqrar islahatlar dinamik inkişafı sürətləndirir

Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılır böyük layihələrin icrası davam etdirilir. Prezident İlham Əliyev tərəfindən imzalanan fərman sərəncamlar, qəbul edilmiş qanunlar, qərarlar aqrar sektorda iqtisadi fəallığın yüksəlməsinə səbəb olub.

Ağsu  Dövlət Aqrar İnkişaf  Mərkəzinin direktoru İlqar Hüseynov bizimlə söhbətində bildirdi ki, həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaradıb. Bu sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi mülkiyyət münasibətləri formalaşıb, normativ-hüquqi baza təkmilləşdirilib. Xüsusilə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin mütərəqqi dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar, iri fermer təsərrüfatları təşkil edilir.

Qeyd olundu ki, torpaq mülkiyyətçiləri taxılçılığın inkişaf etdirilməsinə həmişə yüksək münasibət göstərirlər. Aqrotexniki tədbirlərin, o cümlədən əsas yemləmə gübrələrinin verilməsi, xəstəlikziyanvericilərə alaq otlarına qarşı vaxtında mübarizə tədbirlərinin aparılması nəticəsində sahələrdə yüksək məhsul yetişdirib.

Bitkiçilik sahəsində bol məhsul alınmasında zəruri şərtlərindən biri kimi toxumçuluğun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması kənd təsərrüfatı istehsalçılarını yüksək reproduksiyalı taxıl toxumu ilə təmin etmək məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilib.

Rayonda ənənəvi sahə hesab edilən, ərzaq məhsullarına olan tələbatın dolğun ödənilməsində vacib rolu olan  əhalinin gəlir mənbəyi sayılan meyvəçilik inkişaf etdirilir. Ümumilikdə, rayonda 3,2 min hektara yaxın meyvə giləmeyvə bağları var.

Mərkəzin direktoru bildirdi ki, rayonun iqtisadiyyatının aparıcı sahələrindən biri heyvandarlıqdır. Ötən il bu sahədə xeyli artım olub. Arıçılığın inkişaf etdirilməsi məqsədilə hər arı ailəsinə subsidiyanın verilməsi bu sahənin inkişafını sürətləndirib. 2021-ci ildə 1048 fermerə məxsus 20070 arı ailəsi olduğu halda, 2022-ci ildə arı ailələri artaraq 1098 fermerə məxsus 22987 arı ailəsi identifikasiya nömrələri ilə təmin olunub elektron sisteminə işlənilib. Artım  fermer sayında 50 nəfər, arı ailəsində isə 2917 ədəd olub arı ailələrinə görə subsidiyalar ödənilib.

Rayonda iri fermer təsərrüfatları tərəfindən kənd təsərrüfatında tətbiq olunan mütərəqqi metod texnologiyalara xüsusi önəm verilir. Müasir suvarma sistemlərinin tətbiq olunmasının nəticəsi olaraq damcı suvarma sistemi 765 hektara, Pivod suvarma sistemi isə 3101 hektara çatdırılıb. Əlavə olaraq 86 hektar sahədə yeni suvarma sisteminin quraşdırılması nəzərdə tutulur

Respublika Prezidentinin müvafiq Fərmanına əsasən aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı hesabatlılığı təmin etmək üçün beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış "Elektron kənd təsərrüfatı" informasiya sisteminin əsas tərkib hissəsi olan "Subsudiya siyasətə dair informasiya sisteminin" (SSİS) məlumat bazasının formalaşdırılması məqsədilə fermerlərin məlumatları elektron kənd təsərrüfatı sisteminə işlənilib. Payızlıq əkinlərə görə 2022-2023- ildə subsidiya ödənilməsi üçün 7245 nəfər istehsalçının əkinləri barədə bəyannamələr təsdiq edilməklə fermerlərə bu sahədə hər cür dəstək köməklik göstərilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".