Armen Qriqoryan Hindistana gedəcək
Dünya xəbərləri

Armen Qriqoryan Hindistana gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan Hindistana səfər edəcək. 

"Respublika" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, səfər avqustun 28-də baş tutacaq. Ziyarət çərçivəsində Qriqoryan Hindistan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Dovalla görüşəcək. 

Qeyd edək ki, son dövrdə Hindistanın Ermənistanı silahlandırılması xüsusi diqqət çəkir. 

Jalə QASIMZADƏ, 

"Respublika".