Avstraliyada hərbi helikopter qəzaya uğrayıb
Dünya xəbərləri

Avstraliyada hərbi helikopter qəzaya uğrayıb

Avstraliyanın Kvinslend əyalətində keçirilən təlimlər çərçivəsində uçarkən qəzaya uğrayan hərbi helikopterdə olan 4 nəfərin itkin düşdüyü öyrənilib.

“Respublika” “Hürriyet”ə istinadən xəbər verir ki, Avstraliyanın Kvinslend ştatında Avstraliya və ABŞ, eləcə də Yaponiya, Fransa, Almaniya və Cənubi Koreya hərbi birləşmələrinin iştirak etdiyi “Talisman Saber” təlimi zamanı Avstraliya Hərbi Helikopteri qəzaya uğrayıb.

Avstraliya və ABŞ orduları arasında Kvinslend əyalətinin Lindamen adaları yaxınlığındakı gecə təlimi zamanı qəzaya uğradığı açıqlanan helikopterin qalıqlarının axtarış əməliyyatları nəticəsində Hamilton adası yaxınlığında tapılarkən 4 nəfərin itkin düşdüyü bildirilib.

Röya RÜSTƏMLİ,

“Respublika”.