Azərbaycan iyunda OPEC kvotasını 73 % istifadə edib
İQTİSADİYYAT

Azərbaycan iyunda OPEC kvotasını 73 % istifadə edib

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel olub.

Energetika Nazirliyinin yaydığı məlumata əsasən "Respublika" bildiri ki, bunun 500 min barelini xam neft, 110 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 73,1 % istifadə edib.

“OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.