Azərbaycanın tranzit ölkə kimi də əhəmiyyəti artır
İQTİSADİYYAT

Azərbaycanın tranzit ölkə kimi də əhəmiyyəti artır

Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına böyük imkanlar yaratmaqla bərabər, həm türkdilli ölkələrin əsas magistral kəməri statusu qazanan Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin genişlənməsində, yeni münasibətlərin yaranmasında mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin təntənəsi olan BTC Azərbaycanın xarici siyasətinin formalaşmasında, dünya dövlətləri arasında siyasi iqtisadi nüfuzunun artmasında mühüm rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli 2002-ci ildə Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulmuş, 2004- ildə isə "Gülüstan" sarayında Azərbaycan, Gürcüstan Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri boru kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün layihənin son maliyyələşmə sənədlər paketini imzalamışlar. 2006- ildə Türkiyənin Ceyhan şəhərində açılış mərasimi keçirilən, XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin ümumi uzunluğu 1767 kilometr, istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə gündə 1 milyon bareldir.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Mərkəzi Asiya ölkələri öz enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün daha əlverişli etibarlı tərəfdaş olaraq Azərbaycanla əməkdaşlığa üstünlük verdilər. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının nəqlində müstəsna rol oynayır. Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması isə ölkəmizin enerji sahəsində yeni bir mərhələnin başlanğıcıdır.

Qazaxıstanın əsas ixrac marşrutu Rusiya ərazisindən keçir. Belə ki, Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün Xəzər Boru Kəməri Konsorsiumu yaradılmışdır. Ümumi uzunluğu 1511 kilometr olan Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən Konsorsium Qazaxıstan neftinin əsas ixrac marşrutu olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir. Mərkəzi Asiya ölkəsindən nəql olunan neftin 80 faizindən çoxu Tengiz-Novorossiysk boru kəməri vasitəsilə ötürülür. Rusiya illik tutumu 67 milyon ton neft olan kəmərin fasiləsiz olaraq fəaliyyətini təmin edə bilmir. Buna görə Qazaxıstan Rusiyadan asılılığını azaltmaq məqsədilə daha etibarlı ixrac marşrutu axtarır.

Belə ki, ötən il Qazaxıstanın Rusiyadan başqa marşrutlarla neft ixracı 2021-ci illə müqayisədə 638 min ton artaraq 1,8 milyon tona (gündə 36 min barel) çatıb. Xəzər dənizi Cənubi Qafqaz vasitəsilə Qazaxıstan neftinin ixracı nisbətən az olsa da, Moskvanın 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Rusiya limanları alıcılar üçün təhlükəli oldu. Bu isə neft qaz ixracatçısı olan bir çox ölkələr kimi Qazaxıstanı da Rusiya neft kəmərləri ilə əlaqəsi olmayan marşrutlara üstünlük verməyə sövq etdi. Bu baxımdan, keçmiş sovet dövlətləri arasında Rusiya ilə ən uzun quru sərhədinə malik olan Qazaxıstan qonşusu Rusiyadan asılılığı azaltmaq üçün BTC vasitəsilə ixracını artırmağa çalışır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Rusiyadan, o cümlədən onun nəhəng neft kəmərləri limanlar şəbəkəsindən asılılığını məhdudlaşdırmaq istiqamətində düşünülmüş addımlar atır. Belə ki, Xəzər dənizindəki Aktau limanından Azərbaycana neft tədarükü ötən il 28875 ton olduğu halda, bu il 163436 tona yüksəlmişdir. Qazaxıstanın dövlət nəqliyyat şirkəti "Kazmortransflot" bildirib ki, bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan boru kəmərinə əlavə olaraq 104 min ton neft göndərilib. Qazaxıstanın ticarət inteqrasiya naziri Jumanqarin Serik Makaşeviç Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasının sonunda jurnalistlərə müsahibəsində bildirib ki, Qazaxıstan 20 milyon ton neftini Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə ixrac etməyi qarşısına məqsəd qoyub.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Tengiz yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası bu il aprelin 22- Türkiyənin Ceyhan limanından yola salınıb. ARDNŞ, KazMunayQaz, Tengizşevroil, Kazmortransflot onların törəmə şirkətlərinin nümayəndə heyətlərinin iştirak etdiyi yükləmə mərasimində 665 min barel (83,2 min ton) yük "Alatau" tankerinə yüklənib. Ceyhan limanından Qazaxıstan neftinin birinci partiyasının yola salınması SOCAR "KazMunayQaz" arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan önəmli addımdır. Bu, Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmərinin strateji rolunu regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edir. Qazaxıstan neftinin BTC ilə nəqli ARDNŞ ilə "KazMunayQaz" arasında bağlanan sazişə əsasən həyata keçirilir hər il 1,5 milyon ton neftin tranziti məqsədilə Qazaxıstan neftinin növbəti partiyasının Ceyhan limanında tankerə yüklənməsi nəzərdə tutulur.

 BTC Azəri-Çıraq-Günəşlidən hasil edilən nefti "Şahdəniz" yataqlarından, eləcə digər mənbələrdən kondensatları daşıyır. BTC-nin hazırkı ötürmə qabiliyyəti sutkada 1,2 milyon barel ya ildə 50 milyon ton təşkil edir. BTC boru kəməri istismara verildiyi vaxtdan 2022-ci ilin sonuna kimi ümumilikdə 3,99 milyard barel (531 milyon tondan çox) xam neft daşıyıb, 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 2023- il yanvarın 18- BTC 4 milyard barel neft ixrac edib. Bu inkişaf enerji sektorunda regional əməkdaşlığın genişləndirilməsində Xəzər neftinin qlobal bazarlara nəqlinin asanlaşdırılmasında BTC boru kəmərinin əhəmiyyətini vurğulayır.

Dünya bazarlarında risklər artdıqca, eyni zamanda inflyasiya gücləndikcə enerji sektorunda yeni habların yaranması prioritet məsələyə çevrilir. Zəngin qaz ehtiyatlarına malik olan Türkmənistan öz təbii qazını Avropa bazarına çıxarmaq üçün boru xətlərinə sahib deyil. Azərbaycanla Türkmənistan arasında anlaşmaya əsasən Türkmənistan ildə iki milyard kubmetrədək mavi yanacağını İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Böyük karbohidrogen ehtiyatlarına görə Türkmənistan yalnız Qərbin deyil, Türkiyənin marağındadır. Ötən il Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü zamanı ölkə başçımız demişdir: "Azərbaycan, Türkiyə Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir".

Bir sıra iri regional beynəlxalq enerji layihələrinin təşəbbüskarı icraçısı olan Azərbaycan həm enerji təhlükəsizliyinə, həm regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Avropa digər beynəlxalq bazarlara Azərbaycanın Mərkəzi Asiyanın enerji resursları daşınır. Bu isə ölkəmizin həm tranzit ölkə kimi əhəmiyyətini artırır.

Mehparə ƏLİYEVA,

"Respublika".