Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda
İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Paris Sazişindən sonra 5 illik dövrün nəticələri müzakirə edilir.

Mətbuat xidmətindən bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Emin Qarabağlı konfrans çərçivəsində Qlobal Ekologiya Fondunun icraçı direktoru, Dünya Təbiəti Mühafizə İttifaqının  rəhbəri və İslam İnkişaf Bankının prezidenti, həmçinin Yaşıl İqlim Fondunun rəhbərliyi, Səhralaşmaya qarşı Konvensiyanın Baş katibi, Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi və İqlim Dəyişmələri üzrə Hökumətlərarası panelin sədri ilə görüşüb.

Qlobal səylərə öz töhfəsini vermək məqsədilə Azərbaycan Konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək  azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji” zonasının yaradılması planları haqqında danışılıb.

                                               Kamil İSMAYIL,

                                                 “Respublika”.