Azərbaycan və Surinam arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Gündəm

Azərbaycan və Surinam arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Elm və təhsil naziri Emin Əmrullayev Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Orinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "Respublika"ya bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyəti oktyabrın 10-dan 15-dək ölkəmizdə təcrübə səfərindədir. “Ümumi və peşə təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən səfərin məqsədi ümumi və peşə təhsili sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsidir.

Səfər çərçivəsində ADA Universiteti, Bakı Ali Neft Məktəbi, STEAM İnnovasiya Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 132-134 saylı təhsil kompleksi ilə tanışlıq nəzərdə tutulur.