Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb
İqtisadiyyat

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb.

“Respublika” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz və 45,1 faiz çoxdur.

Sərnişin daşımalarının 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.