Azərbaycanın qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün böyük potensial var
Siyasət

Azərbaycanın qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün böyük potensial var

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3- iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov dostluq qarşılıqlı etimada əsaslanan Azərbaycan-İsrail əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan İsrail arasında ticarət dövriyyəsində qeyri-neft məhsullarının payı yüksəlir: "Bununla belə, biz ticarət əlaqələrimizi şaxələndirməliyik, çünki Azərbaycanın qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün hələ istifadə olunmamış böyük potensial var". İqtisadiyyat naziri deyib ki, investisiya, innovasiyalar, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik orta sahibkarlıq digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var bu potensialın reallaşdırılması üçün özəl sektor fəallığını artırmalıdır. Bu kontekstdə, biznes dairələri arasında keçirilən işgüzar tədbirlər dialoqun genişlənməsinə əlavə imkanlar yaradır. Azərbaycan ölkələrimiz arasında müasir texnologiyaların transferi sahəsində əməkdaşlıqda maraqlıdır aidiyyəti qurumlar arasında tərəfdaşlıq birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verə bilər.

İqtisadiyyat naziri Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlər barədə məlumat verib, investorlar üçün yaradılan imkanları diqqətə çatdırıb, İsrail şirkətlərini Ələt Azad İqtisadi Zonasının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlanmağa, birgə layihələrin həyata keçirilməsinə dəvət edib.

İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen xalqlarımız arasında səmimi dostluq münasibətlərini vurğulayaraq, İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əlaqələrimizi yeni inkişaf mərhələsinə yüksəltdiyini qeyd edib. Eli Kohen iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, özəl bölmənin tərəfdaşlığın inkişafı potensialını reallığa çevirdiyini diqqətə çatdırıb.

İqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlara toxunan ekologiya təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ekologiya, ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahələrdə İsraillə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

İclasda müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında imzalanan Saziş ölkələrimizin bu istiqamətdə əməkdaşlığının möhkəmləndirilməsinə resurslardan səmərəli istifadənin imkanlarının artırılmasına xidmət edir. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiya Qurumu arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR İsrailin "Union Energy" şirkəti arasında əməkdaşlıq haqqında Saziş, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə İsrail Milli Su Şirkəti - "Mekorot" arasında Anlaşma Memorandumu imzalanıb.