Azərbaycan və Türkiyə federasiyaları arasında avarçəkmə üzrə əməkdaşlıq memorandumu imzalanıb
İdman

Azərbaycan və Türkiyə federasiyaları arasında avarçəkmə üzrə əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Türkiyə Avarçəkmə Federasiyası (TAF) və Türkiyə Kanoe Federasiya (TKF) arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Respublika” xəbər verir ki, bu barədə AKAF-ın mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir Reqatası-2023" beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, memorandum federasiyalar arasında təcrübə mübadiləsinin aparılması, gələcəkdə Azərbaycan və Türkiyə milli komandalarının birgə təlim-məşq toplanışları keçməsində, həmçinin beynəlxalq yarışların təşkilində mühüm rol oynayacaq.

Qeyd edək ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən reqatanın ilk iki günündə Azərbaycan avarçəkənləri ümumilikdə 16 medal qazanıblar.